Türkiyəli general: "Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması tarixi uğurdur"

"27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan Üçtərəfli Bəyanatla başa çatdı. Nəticədə Qarabağda atəşkəsin təmin edilməsi üçün Rusiya sülhməramlı qüvvələri yerləşdirildi.

Keçən il aprelin 17-də Rusiya sülhməramlı qüvvələri 5 illik müddət tamamlanmadan Azərbaycan ərazisindən çıxarılmağa başladı və aprelin 26-da Ağdamda atəşkəsə nəzarət etmək üçün yaradılmış Rusiya-Türkiyə Monitorinq Mərkəzi bağlandı".

Bizim.Media xəbər verir ki, bunu oxu.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O, bu tarixi hadisənin geostrateji əhəmiyyətini bəhs edib:

"10 noyabr Bəyanatının imzalanması nəticəsində atəşkəsə nəzarət etmək, münaqişənin qarşısını almaq və atəşkəsin tezliklə sülh müqaviləsinə çevrilməsinə kömək etmək məqsədilə Rusiya sülhməramlı qüvvələrinin bölgədə yerləşdirilməsi nəzərdə tutulmuşdu. 30 yanvar 2021-ci ildə bu fəaliyyətləri yerdən, havadan və qurudan monitorinq etmək məqsədilə Ağdam rayonunda birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradıldı. Mərkəz keçən il aprel ayında Rusiya sülhməramlı qüvvələrinin də bölgəni tərk etməsindən sonra öz missiyasını yerinə yetirmiş oldu. Burada əsas narahatlıq Rusiya sülhməramlı qüvvələrinin vəzifə müddəti bitməsinə baxmayaraq, Qarabağı tərk etməyəcəyi ilə bağlı idi. Çünki 5+5+5 formulunda olduğu kimi, BMT sülhməramlı qüvvələri missiyaları nümunəsində müddətin uzadılması ehtimalı var idi.

Məsələn, Kiprdə olan BMT sülhməramlı qüvvələri 60 ili tamamlayıb. Lakin Prezident İlham Əliyevin gələcəyi göz qabağında tutan siyasəti, yumşaq və sərt gücü yerində və vaxtında istifadə etməsi, dünyadakı digər konyunktur vəziyyətləri düzgün qiymətləndirməsi nəticəsində Rusiya sülhməramlı qüvvələri Azərbaycanı vaxtından əvvəl tərk etdi. Bu çox əhəmiyyətli və tarix dərsliklərinə keçməli olan böyük bir uğurdur. Çünki Ermənistan 3 il ərzində davamlı olaraq müxtəlif təxribatlarla Rusiyanı və onun sülhməramlı qüvvələrini Azərbaycana qarşı qızışdırmağa çalışırdı. Azərbaycan Ordusunun bu müddət ərzində həyata keçirdiyi əməliyyatlar və 2023-cü il sentyabrında yerinə yetirdiyi birgünlük antiterror əməliyyatı tarixin qəhrəmanlıq səhifələrinə çevrildi", - deyə Y.Karauz bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Yadplanetlilərin mövcudluğuna dair YENİ ƏLAMƏTLƏR

Soğan yemək üçün bir neçə SƏBƏB

Soğan yemək üçün bir neçə SƏBƏB

"Lans" - PSJ oyunu təxirə salındı

"Lans" - PSJ oyunu təxirə salındı

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Zirədə dəhşət: Oğula atəş açdı, ata öldü

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Maduronun işi üzrə ikinci məhkəmə keçirilir

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

Vasif Məhərrəmli qadınları hədəf alıb: “Sonunuz nə olacaq?" - VİDEO

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var

Tramp: Müharibə tezliklə bitəcək

Tramp: Müharibə tezliklə bitəcək

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

Zelenski bu ölkəyə getdi - "Vacib görüşlər planlaşdırılıb"

End of content

No more pages to load

RADİO