“İran vurulacaq” nağıllarının SONU – Siyasi xaosdan kim və nə QAZANDI?

ABŞ prezidenti Donald Tramp İsrailin İranın nüvə obyektlərinə planlaşdırdığı zərbəni əngəlləyib.

“The New York Times” nəşrinin ABŞ administrasiyasının rəsmilərinə istinadən verdiyi məlumata görə, İsrail may ayı üçün İranın nüvə obyektlərə hücum planı hazırlayıb və bildirib ki, məqsəd rəsmi Tehranın nüvə silahı yaratmaq imkanlarını bir il və ya daha çox müddətə məhdudlaşdırmaqdır. Tramp isə Təl-Əvivin bu istəyinin gerçəkləşməsinə imkan verməyib.
 

Görünür, bu yaxınlarda İsrail baş naziri Netanyahunun ABŞ-da Trampla görüşü də məhz bu məqsədə xidmət edib. Ardınca da bildiyimiz kimi ABŞ-la İran arasında danışıqlara start verildi. Hansı ki, bu istiqamətdə danışıqların növbəti raundu aprelin 19-da olacaq. Beləliklə, İrana hücum iddialarının başa çatdığını düşünmək olar.


Bu fonda maraqlıdır, görəsən aylardır davam edən bu siyasi xaosdan kim və nə qazandı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tural İsmayılovun fikrincə, mövcud vəziyyətdə qazanan tərəf ABŞ Prezidenti Trampdır:
 

“Nəzərə almaq lazımdır ki, İran da daxil olmaqla Trampın indilikdə əsas hədəflərindən biri ölkələrarası hansısa savaş və hərbi qarşıdurma meyarlarını qızışdırmağa deyil, daha çox kompromis və danışıqlar yolu ilə əlaqələri bərpa etməkdən ibarətdir.


Çünki Trampın xarici siyasət vektoru daha çox iqtisadiyyat üzərində qurulub. Tramp adminstrasiyası ABŞ-da iqtisadiyyata söykənən siyasət həyata keçirir. İranla İsrail arasındakı qarşıdurma isə Trampın hədəflərinin gerçəkləşməsinin zəifləməsinə səbəb olur”.

Həmsöhbətimiz qeyd edir ki, bu yaxımlarda İsrail baş naziri Benyamin Netanyahunun Amerikaya səfəri və Trampla görüşü də daha çox Təl-Əvivlə Tehran arasında hərbi qarşıdurmadan yayınmaq məsələsinə hesablanmış bir görüş olub:

“Düşünürəm ki, Tramp bununla bağlı Netanyahuya göstərişlər verib. Ardınca İran da müxtəlif kanallar vasitəsilə Amerikaya mesaj ötürüb ki, onunla nüvə zənginləşdirilməsinin qarşısının alınması sahəsində ünsiyyət qura bilər.

Böyük ehtimalla ABŞ İrandan Trampın hakimiyyəti dövründə Vaşinqtonla Tehran arasında danışıqların paralel xətt üzrə davam edəcəyilə bağlı təminatlar alıb. Ona görə də baş verən prosesdə qazanan tərəfin Tramp adminstrasiyası olduğunu düşünürəm. Belədə isə Tramp həm də öz nüfuzunun qalxmasına nail olacaq”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta açıqlama YAYILIB

Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta açıqlama YAYILIB

Mənzil bazarında qiymətlər niyə artıb? - VİDEO

Mənzil bazarında qiymətlər niyə artıb? - VİDEO

End of content

No more pages to load

RADİO