Dubay şokoladının xərçəngə səbəb olduğu ÜZƏ ÇIXDI – Satışdan YIĞIŞDIRILACAQ?

Bir müddət əvvəl sürətlə populyarlaşan dubay şokoladları ilə bağlı araşdırma aparılıb. Araşdırma bu məhsulların əksəriyyətinin istifadəyə yararsız olduğunu üzə çıxarıb.

Xüsusilə Orta Şərqdən idxal olunan bəzi Dubay şokoladlarında palma yağı, yaşıl qida boyası və kanserogen kimyəvi maddələr aşkar edib.

 

MÖVZU İLƏ BAĞLI:

XƏBƏRDARLIQ: “Dubay şokoladı” yeməyin, zərərlidir


Almaniyanın Ştuttqart şəhərindəki Kimyəvi və Veterinariya Araşdırma Ofisi (CVUA) tərəfindən aparılan testlərdə bu şokoladların sağlamlıq üçün təhlükəli maddələrlə dolu olduğu müəyyənləşdirilib.

Xüsusilə fıstıq və kadayif aromalı Dubay şokoladlarında, doymuş yağ tərkibli palma yağı, müxtəlif qida boyaları (E140, E141) və xərçəng yaratma riskinə malik 3-MCPD adlı kimyəvi birləşmələrin olduğu aşkarlanıb.

Yoxlanılan səkkiz məhsuldan altısında 3-MCPD maddəsi tapılıb və bunların beşində bu maddənin qanuni hədləri aşdığı məlum olub. Alimlər xüsusən də çirklənmiş palma yağı istifadəsinin bu zərərli maddənin yaranmasına səbəb olduğunu və bunun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını vurğulayıblar.


Nəzərə alaq ki, Dubay şokaladı haqqında bu günə kimi müxtəlif mənfi iddialar səslənib. Onun hətta xərçəngə səbəb olduğu da bildirilib. Ancaq bu məhsulun zərərli olduğunu artıq elmi araşdırmalar da təsdiq edir.

Dubay şokoladı satışdan yığışdırılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlaçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Dubay şokaladı barədə çox danışılıb:

“Amma ilk dəfədir ki, rəsmi orqan belə bir məlumat yayıb. Ona görə də bu məlumatlar diqqətə alınmalı, lazım gələrsə, həmin məhsullar bazardan çıxarılmalıdır.

Çox təəssüf olsun ki, Azərbaycanda malların geri çağırılması yox dərəcəsindədir. Bu vaxtadək belə bir faktla rastlaşmamışıq. Görməmişik ki, hansısa məhsul dövriyyədən çıxarılsın və ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə məhv edilsin.

Bütün hallarda ümid edək ki, AQTA Almaniya tədqiqatçılarının hesabatına diqqətlə yanaşacaq və müvafiq addım atacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

End of content

No more pages to load

RADİO