“Biz NATO-ya üzv ölkələrin liderlərinin zirvə görüşü çərçivəsində keçirəcəyimiz görüşlərdə Ermənistanla bağlı müzakirələrdə mina məsələsini də gündəmə gətirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
“Təbii ki, mina məsələsi ilə bağlı əlaqəli şəxsləri problemin həlli üçün kömək etməyə çağıracağıq”, o bildirib.
Bizim.Media