Moskvada yeraltı şəhər: Stalin üçün bunker tikən inşaatçılar öldürülüb – FOTO

1917-ci ildən sonra Rusiyanın paytaxtı Moskvaya nəhəng dərin yeraltı “krallıq” miras qalıb.

Metronun tikintisi ilə o, genişlənib və gizli tunellər, komanda məntəqələri, bomba sığınacaqları və hətta gəmilər üçün yanalma körpüləri olan ərazilər ərsəyə gətirilib.

Bizim.Media xəbər verir ki, bütün bu xüsusi obyektlər dövlət sirri təsnifatına daxildir. Onların arasında İosif Stalinin beş bunkeri də var, bəziləri məxfilikdən çıxarılıb, digərlərinə hələ də giriş qadağandır.

Kreml vasitəsilə bağa gedən yol

1937-1940-cı illərdə metro tikintisi ilə məşğul olan dövlət strukturu “Kirovskaya” metrostansiyasının (indiki “Çistye Prudı”) yaxınlığında gizli yeraltı xüsusi təyinatlı obyektlər tikib.

Hava hücumundan müdafiə qərargahı və SSRİ Xalq Daxili İşlər Komissarlığının (sonralar DTK) komanda məntəqəsi burada yerləşib. Müharibənin başlaması ilə baş qərargah buraya köçüb.

Obyektin bir neçə mərtəbəsi olub, onun ən aşağı nöqtəsi 70 metr dərinlikdə yerləşib. Qatarlar isə orada dayanmayıb.

Platforma hündür divarla hasarlanıb, onun arxasında Stalin üçün iş otağı və Yer kürəsinin istənilən nöqtəsi ilə əlaqə yaratmaq üçün rabitə qovşağı qurulub. Burada dövlət müdafiə komitəsinin iclasları keçirilib və Stalin hava hücumundan müdafiə komandanlığına gedən gizli şaxtadan keçərək buraya gəlib.

1942-ci ilin martına qədər, 15 metr dərinlikdə, Stalinin Kuntsevoda yerləşən bağının yaxınlığında başqa bir kiçik, lakin çox yaxşı qorunan bunker tikilib. Moskvada Müdafiə Nazirliyinin Myasnitskayadakı hazırkı ictimai qəbul şöbəsindən başlayan yol Kremlin altından keçərək bağa qədər davam edib. Hər iki bunker hazırda giriş üçün bağlıdır. Burada Stalin “general otağı”nda palıd və ağcaqayın ağacı ilə bəzədilmiş geniş kabinetdə dövlət müdafiə komitəsinin iclaslarını keçirib.

Yeri gəlmişkən, 1953-cü ildə Kuntsevo metrosunun meydana çıxması ilə əlaqədar “Ploşad Revolyutsiyi” - “Kiyev” metro xəttinin dublikat hissəsi istifadəyə verilib.

Məxfilikdən çıxarılan Taqanka

Taqanka rayonunda 1950-ci illərdə soyuq müharibə zamanı nüvə zərbəsindən sovet hökumətinin qorunması üçün tikilmiş bunker hazırda muzeydir. Orada ekskursiyada olan şəxslərə nüvə və termonüvə partlayışları haqqında təbliğat filmi nümayiş etdirilir. İçəri girmək üçün hərbi hissənin girişinə bənzər ulduzlu adi bir darvazadan keçmək lazımdır.
 

Bir vaxtlar burada yüzlərlə insan işləyib və həyat öz axarı ilə davam edib. Ərazidə döyüş raketləri hər zaman hazır vəziyyətə olub, 1951-ci ildə Stalinin şəxsi sifarişi ilə layihələndirilmiş, lakin yalnız 1956-cı ildə tamamlanan Rabitə Nazirliyinin yeraltı teleqraf idarəsi də burada yerləşib. Yeri gəlmişkən, Taqanka yaxınlığındakı bunker uzun müddət rabitə məntəqəsi olaraq qalıb və yeraltı idarədə 2,5 min nəfər işləyib.


Yalnız 1980-ci illərin sonlarında tərk edilən bunkerə getmək üçün 60 m dərinliyə enmək lazımdır. Tozlu tunellər rəsmi otaqlardan daha çox yardımçı tikililərə bənzəyir - zəif işıqlandırma, dəmir pilləkənlər, asılmış naqillər və kommunal borular. İki filmin çəkildiyi ərazidə 5 min insan 6 ay tam qida ilə yaşaya bilər.

“Çerkizon” yaxınlığındakı bunker

Daha bir yeraltı şəhər İzmailovo ərazisində 1930-cu illərdə rekord müddətdə inşa edilib. O, rəhbərlik üçün ehtiyat komanda məntəqəsi kimi nəzərdə tutulub. Tikintiyə şəxsən L. Beriya rəhbərlik edib və o məşhur ifadəni səsləndirib: “Yeraltı hər şey mənimdir!” Ona Stalinin şəxsi mühafizəsinin rəisi general N. Vlasik kömək edib.

Bunker 120 000 tamaşaçı tutumuna malik nəhəng “Stalinets” stadionunun altında olub. Orada isə “lider” üçün iclas otağı, ofis, istirahət otağı və mühafizə üçün 500-ə yaxın döyüş tankı olub.

Stadionun altından Kremlə və “Sokolniki” metrostansiyasına gedən iki avtomobil tuneli tikilib. 1996-cı ildən burada ali baş komandan muzeyinin ehtiyat komandanlığı (silahlı qüvvələrin mərkəzi muzeyinin filialı) yerləşir.

Bütün həyatı təmin edən sistemlər işlək vəziyyətdədir - dövlət və yerli rabitə, siqnalizasiya, liftlər, xüsusi metro xətləri, avtonom hava regenerasiyası sistemi, elektrik stansiyası, kanalizasiya sistemi. Stalin nəinki İzmailovski bunkerinə baş çəkib, həm də 1941-ci ilin noyabr və dekabr aylarında orada işləyib.

Stalinizm dövründə Moskvanın yeraltı bunkerlərinin hər hansının adının çəkilməsi “Yerin təki haqqında” qanuna əsasən cinayət hesab olunub və həmin şəxs ciddi şəkildə cəzalandırılıb. Onlar SSRİ Xalq Daxili İşlər Komissarlığının himayəsi altında tikilib. Bəzi versiyalar var ki, inşaatçılar işləri başa çatdırdıqdan sonra öldürülüblər. (Musavat.com)









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

End of content

No more pages to load

RADİO