Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı “Isdera” iflas etdiyini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Nəşr yazır ki, aprelin 11-də şirkət Saarbrücken rayon məhkəməsinə müflis olduğunu açıqlamaq üçün müraciət edib.
Qeyd edək ki, “Isdera” 1982-ci ildə Hildesheim şəhərində yaradılıb və az sayda çox bahalı avtomobillərin istehsalında ixtisaslaşıb. 2021-ci ildə “Isdera”nın “Commendatore 112i” modeli hərracda 1,2 milyon avroya satılıb.
Bizim.Media