İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Fransa prezidenti Emmanuel Makronu Fələstin dövlətinin yenidən qurulmasına verdiyi dəstəyə görə sərt tənqid edib.
Bizim.Media xəbər verir ki, Yair Netanyahu “X” hesabında Fransa liderinin ünvanına nalayiq ifadələr işlədib: “Cəhənnəmə get!”
Bundan əlavə, o, bir sıra Fransa ərazilərinin ayrılmasına çağırıb: “Yeni Kaledoniyanın müstəqilliyinə bəli! Fransız Polineziyasının müstəqilliyinə bəli! Bəli - Korsika üçün müstəqillik! Bask ölkəsinin müstəqilliyinə bəli! Fransız Qvianasının müstəqilliyinə bəli! Qərbi Afrikada yeni fransız imperializmini dayandırın!”
Bizim.Media