Xruşşovun, Brejnevin, Qorbaçovun tərcüməçisi sirləri açdı

Məşhur tərcüməçi Viktor Suxodrev 40 ilə yaxın bir müddətdə birincilərin bir addımlığında dayandığı vaxtlarda söylədiyi bu prinsiplə işləyib.

Bizim.Media xəbər verir ki, SSRİ-nin siyasi liderlərinin - Nikita Xruşşovun, Leonid Brejnevin, Aleksey Kosıginin, Andrey Qromıkonun, Mixail Qorbaçovun tərcüməçisi olan Suxodrev ən gərgin siyasi danışıqlarda belə yüksək peşəkarlıq nümayiş etdirib, bəzən əsəbləri tarıma çəkilən siyasətçilərin kobud ifadələrini tərcümə zamanı yumşaq ifadə etməyi məqsədəuyğun sayıb, hətta özü söylədiyi kimi, bəzi hallarda aktyorluq etməyə də məcbur olub:

“Siyasi liderlərin görüşləri efirdə və fotolarda göründüyü kimi heç də mehriban şəraitdə keçmir. Xüsusilə təkbətək görüşlər daha gərgin keçir.

Amma bundan heç kimin xəbəri olmur. Hətta heç bir razılaşma əldə olunmayanda belə, ictimaiyyətə “dövlət başçıları təkbətək görüşdə ölkələr arasında gələcək münasibətlərin inkişafı ilə bağlı ətraflı müzakirələr aparıblar” kimi təqdim edilir.
 

Təkbətək görüşlərdə tərcüməçilərin üzərinə böyük yük düşür. Tərəflərin fikirlərini çətin, yaxud da asan ifadə etməklərindən asılı olmayaraq, tərcüməçi onu qarşı tərəfə anlaşılacaq dərəcədə çatdırmalıdır.


Ən çətin məsələ isə liderlərin zarafatlarını tərcümə etməkdir. Əgər bir dövlət başçısı həmkarına lətifə söyləyirsə, digər dövlət başçısı gülmürsə, ən azı üzündə təbəssüm yaranmırsa, tərcüməçi günahkar sayılır. Buna görə də belə hallarda gərək aktyorluq etməyi bacarasan, lətifəni tərcümə edərkən jestlərdən istifadə edəsən, bəzi ifadələri söyləyərkən səsini dəyişəsən, hətta bəzən gülüş yaratmaq üçün danışılan lətifələrə özündən əlavələr edəsən...”

2005-ci ildə “Nyu York Tayms” nəşri tərəfindən “Tərcüməçilər kralı” adını alan Viktor Suxodrev 1932-ci ildə Litvada, Kaunas şəhərində anadan olub. Atası Baş Kəşfiyyat İdarəsində (QRU) xidmət edib. O, xidmətinin 10 ilini ABŞ-da kəşfiyyat işinə sərf edib. Anası SSRİ Xarici Ticarət Kommissarlığında (nazirliyində) çalışıb.

Suxodrevin 8 yaşı olanda anası Londona SSRİ-nin ticarət nümayəndiliyində işə göndərilib və gələcəyin məşhur tərcüməçisi uçaqlığnın 5 ilini Londonda keçirib.

Onlar Moskvaya müharibə bitdikdən sonra, 1945-ci ildə qayıdıblar.

Viktor Suxodrev Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Fransız dili fakültəsində təhsil alıb. Təhsil illərində o, ingilis dilini də mükəmməl öyrənib.
 

İnstitutu bitirdikdən sonra Suxodrevi xarici dil bilgilərinə görə xüsusi xidmət orqanlarında işə dəvət ediblər. Bununla bağlı onun atası ilə də söhbət aparılıb. Amma atası oğlunun kəşfiyyat orqanlarında işləməsinə qəti etiraz edib.


Viktor Suxodrev ilk əmək fəaliyyətinə 1956-cı ildə Xarici İşlər Nazirliyinin tərcüməçilər bürosunda başlayıb. Elə birinci iş günündə Suxodrev ilk tapşırığını alıb. Digər bir həmkarı ilə o, tərcüməçi kimi Nikita Xruşşovun Hindistanın nümayəndə heyəti ilə qeyri-rəsmi görüşünə göndərilib.

Görüş zamanı Suxodrevin həmkarı “çətinliyə” düşəndə o, tərcümə missiyasını öz üzərinə götürüb.

40 dəqiqəlik görüşdən sonra həm Xruşşov, həm də nümayəndə heyətinin üzvləri ona minnətdarlıqlarını bildiriblər. Xruşşovun kiməsə təşəkkür etməsi nadir hal sayıldığından bu hadisə Suxodrevin karyerasında mühüm rol oynayıb.

Məhz bu görüşdən sonra Xruşşov tapşırıq verib ki, Suxodrevi başqa işlərə cəlb etməsinlər. Bununla da o, ilk iş günündən baş katibin şəxsi tərcüməçisi olub.

Qarşıda isə Suxodrevi dünyanın diqqət mərkəzində dayanan görüşlər gözləyib.

1959-cu ildə o, ilk dəfə xarici ezamiyyətə yollanıb, Xruşşovun ABŞ səfərində Suxodrev sovet liderini müşayiət edib.

Viktor Suxodrev həmin illərlə bağlı xatirələrini belə bölüşüb: 

“İşlədiyim bütün siyasi liderlər bir-birindən fərqləniblər. Xruşşov isə tam fərqli idi. İndi onun haqqında çox şeylər danışırlar. Amma kim nə deyir, desin, o, şəxsiyyət idi. Düzdür, Xruşşov çox da savadlı deyildi, mədəniyyəti də lazımi səviyyəyə çatmırdı, amma o, gördüyünü deməyi bacarırdı.

Ürəkli idi, fikrini ifadə etmək üçün söz axtarmırdı, düşündüyünü deyirdi, ABŞ rəsmilərini tənqid edirdi. Bir sözlə, Xruşşov publikanı özünə cəlb etməyi bacarırdı. Sözsüz ki, Xruşşovla işləmək çətin idi. Dəfələrlə məcbur olurdun ki, onun köntöy, kobud ifadələrini “yumşaldım” ki, qalmaqal və mübahisə yaranmasın. O özü də bunu bilirdi və görüşlərdən sonra deyirdi ki, tərcüməçidən çox şey asılıdır. Mənim işim onu qane edirdi...”

1964-cü ildə Xruşşovun devrilməsindən sonra Suxodrev ölkənin bir nömrəli tərcüməçisi postunu saxlaya bilib. Brejnev Suxodrevi vəsifəsindən uzaqlaşdırmayıb. Ümumiyyətlə, Suxodrev özünü şanslı adam sayıb.

Müəllifi olduğu “Mənim dilim, mənim dostum” kitabında o öz həyat uğurları haqqında yazıb:

“Hakimiyyət dəyişirdi, amma mən öz yerimdə qalırdım. Yəqin ki, bunun əsas səbəblərindən biri mənim susmaq bacarığım idi. Mən xarici səfərlərdə, təkbətək görüşlərdə gördüklərimi, eşitdiklərimi heç yerdə danışmırdım. Məndən söz almaq istəyən yüksək çinli məmurlara belə qapalı idim.
 

İkinci bir səbəb isə tərcüməçi peşəkarlığım idi. Bunlarla yanaşı, harada, kimlə, necə davranmağım birinciləri qane edirdi. Mən qatı tütün alidəçisiyəm. Buna baxmayaraq, Xruşşovun yanında heç vaxt siqaret çəkmirdim.


Çünki o, siqaret çəkən deyildi. Buna görə də mən də dözürdüm. Brejnevlə isə münasibət fərqli idi. Mən hətta Kremldə onun kabinetində də siqaret çəkirdim. Brejnev hədsiz dərəcədə çox siqaret çəkirdi. Onun üçün DTK xüsusi siqaret qabı düzəltdirmişdi. Həmin qab yalnız bir saatdan bir açılırdı. Baş katib bu vaxta tab gətirməyəndə məndən siqaret istəyirdi. Həkimlər siqareti ona tam qadağan edəndə o, başqa bir üsul tapmışdı.

Bir dəfə Moskvadan Fransaya səfərə yollananda Brejnev aeroporta qədər məni də öz maşınına dəvət etdi.

Sürücünün yanında mühafizəçi əyləşməşdi, arxada isə biz ikimiz. Şoseyə çıxanda Brejnev maşını saxlamağa göstəriş verdi. Sürücüyə bütün şüşələri qaldırmağı əmr etdi və sonra dedi ki, hamınız siqaretlərinizi yandırın.

Təsəvvür edin ki, mən, mühafizəçi və sürücü eyni vaxtda siqaretlərimizi yandırdıq və tüstünü salona buraxdıq. Brejnevin bu tüstüdən necə zövq aldığını sözlə ifadə etmək çətindir. Brejnev rahat adam idi, onunla işləmək də asan idi. İşlədiyim siyasi liderlərdən yalnız bir dəfə Brejnev mənə hədiyyə etmişdi. “Omeqa” firmasına məxsus qızıl saatı mənə hədiyyə edəndə, “Viktor, bu saat məndən sənə hədiyyə, sağlıqla işlət, götür və heç kimə demə”, demişdi...”

Viktor Suxodrev öz işinə olduqca məsuliyyətlə yanaşıb. O, hansı görüşlərin keçiriləcəyini, görüşlərdə təxminən hansı məsələlərin müzakirə olunacağını əvvəlcədən öyrənib. Məsələn, əgər görüşdə nüvə silahları ilə bağlı mövzunun müzakirəsi nəzərdə tutulubsa, o, həmin sahə ilə bağlı ədəbiyyatlara müraciət edib, terminləri öyrənib.

Suxodrev xatirələrində Aleksey Kosıgini ən çox simpatiyası olduğu siyasətçi kimi qeyd edib:
 

“Kosıgin alicənab insan idi. Rəftarı, təmkini, hətta zarafatları ilə fərqlənirdi. Andrey Qromıko ilə aralarında soyuq münasibət hökm sürürdü. Bu da ondan irəli gəlirdi ki, Brejnevin Kosıginə münasibəti səmimi deyildi. Kosıginin ən çox sevdiyi içki Moldova konyakı idi.


Bu Mikoyanı qıcıqlandırdı, o, nə qədər erməni konyakının daha yaxşı olduğunu Kosıginə sübut etmək istədisə də, Kosıgin seçimini dəyişmirdi. Uzun illər birbaşa tabeliyində işlədiyim Qromıko isə kifayət qədər mürəkkəb şəxsiyyət idi. Qromıko ingilis dilini yaxşı bilirdi. Biz tərcüməçilər öz aramızda onu “tərcüməçilərin işini kəsən” adlandırırdıq...”

1989-cu ildə Viktor Suxodrev BMT-nin baş katibinin xüsusi köməkçisi təyin edilib, 1994-cü ildə 1-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir ranqında təqaüdə çıxıb.

Özü söylədiyi kimi, bu, hərbi xidmətlə müqayisədə general-polkovnik rütbəsinə bərabər olub.

1999-cu ildə Viktor Suxodrevin “Mənim dilim, mənim dostum” kitabı işıq üzü görüb.Kitab böyük populyarlıq, milyonlarla oxucu qazanıb. Suxodrev bu kitabı ilə uzun illərdən sonra “susmaq qızıldır” prinsipini bir kənara qoyub, dünyanın ən tanınmış siyasi liderləri ilə bağlı heç kimin eşitmədiyi, heç kimin bilmədiyi maraqlı məqamları oxuculara təqdim edib.

Viktor Suxodrev 2014-cü ildə, 81 yaşında vəfat edib, o, Moskvada, Aksininsk qəbiristanlığında dəfn edilib. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın səfiri Çexiya XİN-ə çağırıldı

İranın səfiri Çexiya XİN-ə çağırıldı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Hövsanda açıq ərazi YANIR

Hövsanda açıq ərazi YANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Dünyada ən çox yeyilən ət bəlli oldu

Dünyada ən çox yeyilən ət bəlli oldu

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

End of content

No more pages to load

RADİO