Ekspert: "Neftin bundan sonrakı qiymətləri Səudiyyə Ərəbistanından asılıdır"

Neft qiymətləri ilə bağlı vəziyyət çox dəyişkəndir, son nəticə Səudiyyə Ərəbistanının nə edəcəyindən və dünya birliyinin buna düzgün cavab verib-verməyəcəyindən asılıdır.

Bunu “Report”a Rusiya Energetika İnstitutunun elmi işçisi, “İqtisadiyyat Ali Məktəbi” Milli Tədqiqat Universitetinin Qiymətlərin Yaranması və Təbii İnhisarların Tənzimlənməsi İnstitutunun Energetika Araşdırmaları Mərkəzinin aparıcı eksperti Dmitri Qruşevenko bildirib.

Ekspertin sözlərinə görə, neft qiymətləri tarix boyu müxtəlif amillərin təsiri ilə dəyişir: “Son vaxtlar daha çox OPEC-in davam edən sövdələşməsi və İran ətrafındakı vəziyyətdən təkan alan neft qiymətlərinin müəyyən artımını görürdüksə, bugünkü dəyişikliklər ABŞ-ın İrana qarşı sanksiyaları azaltmağa hazırlaşması barədə açıqlama səbəbindən baş verir”.

Ekspertin dediyinə görə, İrandan neft tədarükünün azalması və Səudiyyə Ərəbistanı şahzadəsinin Rusiyada hasilat artımının potensialının tükənməsi ilə bağlı bəyanatından sonraxa0 neft bazarında qiymət artımı gözləntiləri vardı: "İndi isə vəziyyət dəyişir, yəni Səudiyyə Ərəbistanının nə edəcəyi başlıca amilə çevrilir. Səudiyyə Ərəbistanının bütün bu hasilat azaltmaqla bağlı oyunlarda iştirak edib-etməyəcəyini demək mümkün deyil, amma neft hasilatını artırmaq üçün onların hər cür imkanı var. 70-80-ci illərdə Səudiyyə Ərəbistanı məhz elə bunu edib bazarı öz nefti ilə doldurmaqla qiymətləri kəskin aşağı saldı. Bununla da bir çox hasilatçılar bazarı tərk etməyə, yaxud da ixracatda öz yerini tutmaq üçün hasilatı azaltmağa məcbur oldu. Həm də bu gün Səudiyyə Ərəbistanının əlavə sahələri yetərincədir, yəni Energetika Departamentinin rəyinə görə, bütün OPEC ölkələrindəkinin məcmusundan daha çoxdur”.

D.Qruşevenkonun fikrincə, bu gün neft qiymətlərinin hansı yöndə dəyişəcəyini söyləmək mümkün deyil:xa0

Bazarda təklif çox artsa, qiymətlər azalacaq, ola bilsin neftin bir bareli 50-60 dollaradək ucuzlaşsın. Amma bu, OPEC+ formatında bütün sövdələşmənin pozulmasına gətirib çıxara bilər. Burada daim risklər var. Həm bu sövdələşmənin iştirakçılarından olan İran sanksiyalara tuş gəlib, həm Səudiyyə Ərəbistanı razılaşmaya uyğun yox, daha əvvəl tarixən etdiklərini edə bilər, həm də Rusiya bazarlar uğrunda, xüsusilə də Çin bazarı uğrunda mübarizəyə girişə bilər.

Ekspertin rəyincə, əks nəticə də mümkündür, yəni qiymət müəyyən orta səviyyələrdə qala, yaxud qalxmağa başlaya bilər: “Bunun üçün İrana qarşı sanksiyalar qüvvədə qalmalı, həm də ABŞ istehsalçılarının sanksiyaları məhdudlaşdırılmalıdır. Yalnız belə sıxılmış vəziyyət olanda, bazarda yüksək qiymətlər yaranır”.

“Mənim fikrimcə, ilin sonunadək qiymətlər elə indiki səviyyədə, bir bareli 80-90 dollar həddində dəyişəcək. Taleyüklü qərarlar isə, təqribən, gələn yanvar-fevral aylarında veriləcək”, - deyə rusiyalı ekspert qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası yayıldı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

Kürdəmir sakini naməlum şəraitdə bıçaqlandı

İran Venesuelaya yardım TƏKLİF ETDİ

İran Venesuelaya yardım TƏKLİF ETDİ

Medvedevdən Polşa prezidentinin yaşadığı sarayla bağlı ÇAĞIRIŞ: “Əlindən alınsın!” - FOTO

Medvedevdən Polşa prezidentinin yaşadığı sarayla bağlı ÇAĞIRIŞ: “Əlindən alınsın!” - FOTO

Həyat yoldaşı ilə FOTO paylaşıb bunları yazdı

Həyat yoldaşı ilə FOTO paylaşıb bunları yazdı

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

Rusiya Ukraynanın MiQ-29 qırıcısını və təminat texnikasını VURDU - VİDEO

İsrail ordusu Livanın cənubunda uzunmüddətli qalmağa HAZIRLAŞIR

İsrail ordusu Livanın cənubunda uzunmüddətli qalmağa HAZIRLAŞIR

Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Tovuzda ölümcül QƏZA: Qarşısına mal-qara çıxan avtomobil aşdı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

End of content

No more pages to load

RADİO