Fransa Senatında Qarabağla bağlı dinləmələr - “Sünik  Azərbaycana məxsus olan Zəngəzurdadır”

Fransa Senatında Qarabağ müharibəsi ilə bağlı yaradılmış işçi qrupun məruzəçiləri Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Rəhman Mustafayevlə dinləmələr təşkil edib.

Səfirlikdən Bizim.Media-ya verilən məlumata görə, dinləmələr zamanı səfir Rəhman Mustafayev 44 günlük müharibədən sonrakı mərhələnin əsas çağırışlarından – azad edilmiş ərazilərimizin minadan təmizlənməsi, yenidənqurma işləri, iki ölkə arasında barışıq, Qarabağın icmaları arasında etimadın yaradılması və erməni mənşəli vətəndaşların inteqrasiyası, eləcə də UNESCO-nun texniki missiyasından bəhs edib.

Səfir qeyd edib ki, indiki mərhələdə əsas yolların minalanmış olması ən böyük fəlakətdir. Şəhərlər, kəndlər, qəbiristanlıqlar 30 illik işğal dövründə yerlə-yeksan edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı GİZLİ PLANLARI


Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi vurğulanaraq, bu səbəbdən doğma torpaqlarından 30 ildir didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin evlərinə dönə bilmədiyini xatırladılıb.

Səfir 1945-ci ildən bəri bütün böyük müharibələr bitdikdən sonra müharibə edən tərəflərin həmişə mina xəritələrini bir-biriləri ilə dəyişdirdiklərinə diqqət çəkib. Bunlar beynəlxalq konvensiyaların, xüsusən 1997-ci il Minaların Qadağan Edilməsi Müqaviləsinin və beynəlxalq ənənəvi hüququn tələbləridir.

Bu, 1947-1948, 1965 və 1971-ci illərdəki Hindistan-Pakistan müharibələrindən, 1967 və 1973-cü illərdəki Ərəb-İsrail müharibələrindən və 1995-ci ildəki keçmiş Yuqoslaviyadakı müharibələrdən sonra da belə olub.

Sovet qoşunları Əfqanıstandan ayrıldıqdan sonra 1988-ci ildə də mina xəritələri Əfqanıstan tərəfinə təqdim edilib. Lakin, Ermənistan xəritələri təqdim etməkdən imtina edir və Fransa mətbuatı isə bu barədə heç nə yazmır.

R.Mustafayev son günlər Fransa mətbuatında “erməni əsgərlərinin saxlanması” ilə bağlı təhrif olunmuş məlumatların yer aldığını, əslində, onların gecə vaxtı ərazilərimizi yenidən minalamağa cəhd edən diversiya qrupu olduğunu və bununla bağlı təhqiqat aparıldığını diqqətə çatdırıb.

Səfir bildirib ki, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən əsir götürülən 4000 azərbaycanlının taleyindən bu gün də xəbər yoxdur. Bu gün qondarma “müharibə əsirləri” deyən Ermənistan, əslində, mülki azərbaycanlılara qarşı törətdiyi cinayətləri ört-basdır etməyə cəhd edir.

Ermənistanın yaxın dostu olan Fransa mövcud imkanlarından istifadə edərək azərbaycanlıların taleyi ilə bağlı məlumatların ölkəmizə təqdim edilməsinə yardım göstərə bilər.

Fransalı senatorun 44 günlük müharibənin Ermənistan üçün təhqir və alçaldıcı olması ilə bağlı fikrinə cavabında bildirilib ki, Azərbaycan ötən əsrin 90-cı illərində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib və Fransanın da səs verdiyi 4 qətnamənin həyata keçirilməsini 30 il gözləyib.

Həmin qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi.
 

2020-ci ilin payızında Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edib. Bu, kimsə üçün fəlakət ola bilər, ancaq beynəlxalq hüquq çərçivəsində bu, regionda qanuni vəziyyətin bərpasıdır.


Son günlər sərhədlərdə baş verən hadisələrlə bağlı qeyd edilmişdir ki, Azərbaycan əraziləri sovet rejiminin iflasının ilk günündən işğal altında olduğu üçün iki ölkə arasında delimitasiya və demarkasiya işləri aparılmayıb.

Səfir Azərbaycan xəritəsini təqdim edərək, bu gün sərhədçilərimizin beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdə dayandığını diqqətə çatdırıb. O, bildirib ki, Fransa mətbuatının tez-tez haqqında yazdığı Sünik tarixən Azərbaycana məxsus olmuş Zəngəzurun ərazisindədir.

Dağlıq Qarabağın statusu ilə bağlı suala cavab verən səfir bildirmişdir ki, bu məsələ artıq öz həllini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 2 fəslinin 7-ci maddəsinin 1-ci bəndində aydın göstərilib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan unitar, bütöv, bölünməz ölkədir.

Müharibə dövründə Fransanın qərəzli mövqe tutduğu, Senat və Milli Assambleyada qeyri-qanuni qərarların qəbul edildiyi xatırladılıb.
 

Səfir qeyd edib ki, Ermənistanla ən yaxın olan ölkə kimi Fransa bu gün açıq qalan məsələlərə, o cümlədən iki ölkə, eləcə də Azərbaycan və erməni icmaları arasında etimadın və etibarın qurulmasına, sülhün bərqərar olmasına töhfə verə bilər. Regionda yalnız qərəzsiz Fransaya yer var.


Qeyd olunub ki, Fransa Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə tanımalıdır. Bunlar Fransanın regiona qayıtması və Azərbaycanla münasibətlərinin inkişafı üçün əsas baza prinsipləridir. Fransa regiona qayıtmaq üçün bölgənin ən güclü dövləti olan Azərbaycanın sülh quruculuğu səylərini dəstəkləməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Xocavənd rayonunda bir nəfər minaya düşdü - Həyati təhlükəsi yoxdur

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Avtomobil 8 yaşlı uşağı vurdu - FOTO

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır - RƏSMİ

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

Şəkidə 58 yaşlı kişini “tok” öldürdü

Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Çökən asfalt, yarılan yollar: Paytaxtdakı təhlükənin səbəbləri bəlli oldu - FOTO

Çökən asfalt, yarılan yollar: Paytaxtdakı təhlükənin səbəbləri bəlli oldu - FOTO

2 avqust - Azərbaycan Kinosu Günüdür

2 avqust - Azərbaycan Kinosu Günüdür

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Kərki kəndi bu gün Ermənistanın yeni parlamentində müzakirə edildi - VİDEO

Kərki kəndi bu gün Ermənistanın yeni parlamentində müzakirə edildi - VİDEO

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Tramp niyə geri addım atdı? - İranla bağlı yeni detallar üzə çıxdı

Tramp niyə geri addım atdı? - İranla bağlı yeni detallar üzə çıxdı

Gəncədə 3 mərtəbəli ev yandı - FOTO

Gəncədə 3 mərtəbəli ev yandı - FOTO

Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

Fransanın ABŞ-a yeni səfir təyinatı diplomatik mübahisəyə səbəb oldu

Fransanın ABŞ-a yeni səfir təyinatı diplomatik mübahisəyə səbəb oldu

Rusiya Xarkov vilayətində “Nova Poçta”nın böyük terminalına zərbə endirdi

Rusiya Xarkov vilayətində “Nova Poçta”nın böyük terminalına zərbə endirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kəlbəcərdə dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi

Kəlbəcərdə dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi

Vahid Əziz: "Nəriman Həsənzadə ağrılarını, əzablarını içinə çəkirdi”

Vahid Əziz: "Nəriman Həsənzadə ağrılarını, əzablarını içinə çəkirdi”

Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

End of content

No more pages to load

RADİO