"Söhbət konstruktiv və məzmunlu keçdi - biz əsas məsələləri, xüsusən də enerji sektorunu müzakirə etdik".
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov sosial şəbəkə hesabında qeyd edib.
O, ABŞ nümayəndələri ilə Səudiyyə Ərəbistanında görüşün başa çatdığını yazıb.
Xatırladaq ki, dünən Ər-Riyadda ABŞ-Rusiya və ABŞ-Ukrayna nümayəndələri arasında paralel danışıqlar baş tutub.

Ayşən Rəhim, Bizim.Media