Türk jurnalistin İrəvan reportajı erməniləri qəzəbləndirdi - VİDEO

Bir neçə gün əvvəl Ermənistan tərəfinin dəvəti ilə İrəvana səfər edən və Baş nazir Nikol Paşinyandan müsahibə alan Türkiyənin CNNTürk telekanalının xəbər redaktoru İdris Arıkan "Blokadada olan ölkə - Ermənistanda nə danışırlar?" reportajı ilə erməniləri hiddətləndirib.

Bizim.Media xəbər verir ki, İdris Arıkan 26 dəqiqəlik reportajda İrəvanı qədim türk şəhəri, burada yerləşən Göy məscidi isə türk məscidi kimi təqdim edib.

"Yerevanın türkcə adı İrəvandır. Yəni əslində bu, türk tarixində yeri olan bir şəhərdir", - türkiyəli jurnalist Göy məscidin fonunda bəyan edib və onun İrəvanda qalan yeganə məscid olduğunu vurğulayıb.

"Tarixə nəzər salsaq, məscidin tikintisi 1700-cü illərə təsadüf edir", - deyə qeyd edən jurnalist onun qədim İrəvan xanlığı bölgəsində, Hüseynəli xanın dövründə tikildiyini vurğulayıb.

"Məscid əvvəlcə Hüseynəli adlansa da, sonradan Göy cami adlandırılıb...

Əslində İrəvanda türk tarixşünaslığında məlum olduğu kimi 8 məscid var idi. O vaxtlar burada Azərbaycan türkləri də yaşayırdı...", - İdris Arıkan qeyd edib.

O, "bir zamanlar İrəvanda yaşamış Azərbaycan türkləri qayıda bilərmi?", - deyə sual edib.

Türkiyəli jurnalistin təqdimatından qəzəblənən ermənilər onu açıq dezinformasiya yaymaqda, Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməkdə günahlandırıblar.

"26 dəqiqəlik reportajda o, Ermənistanı tünd rənglərlə təqdim edib. Belə təəssürat yaradıb ki, Ermənistan çox ağır iqtisadi vəziyyətdədir, hər hansı inkişaf perspektivindən uzaqdır və yeganə xilas yolu Türkiyə ilə sərhədlərin açılmasıdır", - Ermənistan KİV-lərinin İdris Arıkanla bağlı yayımladıqları məqalələrdə qeyd edilib. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kənddə qadınlar daha uzun yaşayır

Bu kənddə qadınlar daha uzun yaşayır

İlham Əliyevin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

İlham Əliyevin Türkmənistanda uşaqlarla səmimi görüşü – VİDEO

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Ramil Əhmədin yeni şeir kitabı NƏŞR OLUNDU

Belə pomidorları almayın

Belə pomidorları almayın

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Nobel Sülh Mükafatı Navanethem Pillaya verildi - FOTO

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Çağırışçıların uçotunda səfirliklər də İŞTİRAK EDƏCƏK – QƏRAR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

Məktəblərlə bağlı YENİ MODEL – Hər uşağa görə vəsait AYRILACAQ

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

ADY-nin Astara Terminalında yükaşırma göstəriciləri artdı – FOTO

Orta aylıq əmək haqqı 7,2% artdı

Orta aylıq əmək haqqı 7,2% artdı

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

"İmkanı olsaydı, atam o sözü məzarından da götürərdi”

"İmkanı olsaydı, atam o sözü məzarından da götürərdi”

Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət etdi – VİDEO

Putin MDB ölkələrinin liderlərini Sankt-Peterburqa dəvət etdi – VİDEO

DİM-in şöbə müdiri işdən çıxdı - YENİ TƏYİNATLAR

DİM-in şöbə müdiri işdən çıxdı - YENİ TƏYİNATLAR

Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş – DOSYE+FOTOLAR

Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş – DOSYE+FOTOLAR

Həkimdən icazəsiz antidepressant qəbul edənlərə XƏBƏRDARLIQ

Həkimdən icazəsiz antidepressant qəbul edənlərə XƏBƏRDARLIQ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın ARTIB

Pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın ARTIB

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında - FOTO

Tailand Kraliçası qırıcı təyyarəni təkbaşına havaya qaldırdı – FOTO/VİDEO

Tailand Kraliçası qırıcı təyyarəni təkbaşına havaya qaldırdı – FOTO/VİDEO

Qızıl 70 dollaradək BAHALAŞDI

Qızıl 70 dollaradək BAHALAŞDI

Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR

Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR

End of content

No more pages to load

RADİO