Fransa casusundan məhkəmədə ŞOK ETİRAFLAR

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib.

O bildirib ki, Fransanın Azərbaycandakı səfirliyində 3 nəfərlə əlaqəsi olub: "Həmin adamlar xüsusi xidmət orqanlarının əməkdaşları idi. Bu şəxslər mənə bəlli bir məbləğ qarşılığında bir iş görməyimi təklif etdilər. Həmin iş təhlükəli olduğu üçün qəbul etmədim. Onlar hər zaman Fransa ilə rəqabətdə olan ölkələri araşdırırdılar. Mən onlara inanıb əməkdaşlıq etmişəm. Vaxt keçdikcə əlaqəni kəsə bilmədim. Buna görə də peşmanam. İş üzrə günahkar Fransa hökumətidir.

Mən buraya biznes qurmaq üçün gəlmişəm. 2015-ci ildə turist kimi Azərbaycana gəldim, bir il sonra burada Ramin adlı şəxslə tanış oldum və iş qurduq. İşlərimiz inkişaf etdi. Mənim səfirliklə əlaqələrim genişləndi. Biz Fransa şirkətlərini işə cəlb etdik. Mən Azərbaycana köçdüm, dili öyrəndim”.

Ardınca təqsirləndirilən şəxs ifadəsində bildirib: "Onlar bizi manipulyasiya yolu ilə əməkdaşlıq əlaqəsində saxlayıblar. Onlar Azərbaycanla yanaşı, İran və Rusiya ilə bağlı məlumatları toplayıb onlara bildirməyimizi istəyirdilər”.

Təqsirləndirilən Martin Ryan qeyd edib ki, Fransa səfirliyində 4-cü agent olub:

“Həmin agentin Azadla əlaqəsi olub. Mən də onunla bir dəfə görüşmüşəm”.

İfadəsinin davamında Martin Ryan bildirib:

“20 dekabr 2023-cü ildə Fransa prezidenti sərəncam verərək Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etdi. Bununla da Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Həmin vaxt Jerom və Loran adlı kəşfiyyatçılar Azərbaycandan deport edilib. Həmin şəxslər mən və Azadın saxlanıldığını bilirdi. Onlar nəinki bizi xilas etməyə səy göstərmədilər, hətta DTX-yə gəlməkdən imtina etdilər”.

Martin Ryan ifadəsində qeyd edib ki, həbsi ilə bağlı Fransa mətbuatına müraciət etsə də, bir söz belə yayımlanmayıb:

“Sonra bir erməni bloger mənim həbsimi ictimailəşdirdi. Buna reaksiya verildi və Fransa hökuməti bəyanat verdi. Bəyanatda həbsimin qeyri-qanuni olduğu vurğulanırdı".

Martin Ryan ifadəsinin sonunda bu işdə günahkarın Fransa hökuməti olduğunu söyləyib: "Fransa hökuməti vətəndaşının arxasında durmalı idi, məni pis vəziyyətdə saxlamalı deyildi. 15 aydır həbsdəyəm. Demək olar hər şeyimi itirmişəm. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir”.

Proses martın 12-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə 274-cü maddə (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şokolad sızanaq yaradır?

Şokolad sızanaq yaradır?

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda yağıntının miqdarında tarixi REKORD

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

DTX və “AnewZ”-dan BİRGƏ LAYİHƏ – “Yolun yarısında” sənədli filmi – VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

Gömrükdə ƏMƏLİYYAT – Kahı yükünün içərisində narkotik keçirmək istədilər – FOTO/VİDEO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

İran ABŞ bazasına ZƏRBƏ ENDİRDİ – Onlarla hərbçi yaralandı – FOTO

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Dağıstanda son yüz ilin ən güclü YAĞINTISI – Şəhərlər su altında qaldı – VİDEO

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Şəkidə cücə sexi YANDI – VİDEO

Şəkidə cücə sexi YANDI – VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Əlverişsiz havada vətəndaşların təhlükəsizliyi belə təmin edilir – FOTO/VİDEO

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

"Kimin xətrinə dəymişəmsə, yaxşı etmişəm"

Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR

Şirin dilləriylə “ilanı yuvasından çıxara bilən” BEŞ BÜRC

Şirin dilləriylə “ilanı yuvasından çıxara bilən” BEŞ BÜRC

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

8 azyaşlı su basmış ərazilərdən təxliyə edildi – VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Sürücülərin DİQQƏTİNƏ – Bu yolda hərəkət məhdudlaşdı – FOTO

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaqlar kəskin BAHALAŞACAQ

Vatsapa 6 yenilik birdən gəldi

Vatsapa 6 yenilik birdən gəldi

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi AÇIQLANDI

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

Toyuq yumaq vərdişini unudun: Xəstəlik yayırsınız!

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

İran Bəhreynin neft emalı müəssisəsini vurdu – VİDEO

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni xəstəxanaya YERLƏŞDİRİLDİ

End of content

No more pages to load

RADİO