Fransa prezidentinin başı cangüdəni ucbatından dərddə...- Fotolar

1 may nümayişçisinə qoçuluq edən Aleksandr Benalla şefini pis vəziyyətdə qoyub

Fransa prezidenti Emmanuel Makron gözlənilmədən yeni qalmaqalla üzləşib. Dövlət başçısının nüfuzu əsl “arxadan vurulan zərbə” ilə sarsılıb.

Çünki qalmaqal onun arxasında duran insanla, daha doğrusu, cangüdəni ilə bağlıdır.

Belə ki, Emmanuel Makronun canını qorumaqla mükəlləf olan Aleksandr Benalla adlı şəxsi bu ilin mayın 1-də prezidentə etiraz edən bir nümayişçini əzişdirən yerdə görüblər.

Qalmaqal “Le Monde” qəzetinin iyulun 18-də dərc etdiyi materialdan sonra qızışıb. Həmin videoda polislərin bir etirazçını sərt şəkildə saxladığı, onlardan birinin isə onun başından vuraraq yerə sərdiyi görünür. Jurnalistlər başında dəbilqə olsa da, hücum edən “polis”in Emmanuel Makronun yaxın ətrafında olan Aleksandr Benalla olduğunu dərhal müəyyən ediblər.

Məsələ o dərəcədə böyüyüb ki, Fransanın daxili işlər naziri Jerar Kollon Milli Assambleyanın hüquq komissiyasında tam 2 saat izahat verməli olub.xa0

“Kommersant” qəzetinin yaıdğına görə, indi müxalifət məsələni siyasiləşdirmək üçün əlindən gələni edir.

26 yaşlı Aleksandr Benallanın həyatını araşdıran junalsitlər bir çox qəribə faktlarla üzləşiblər.

Məlum olub ki, bu adamın nəinki polislə, heç rəsmi olaraq prezidentin mühafizə orqanı ilə heç bir rəsmi bağlılğı yox imiş. Lakin onun Sosialst partiyasının təhlükəsizlik xidmətində çalışdığı bilinir.


Benalla Sosialist partiyasının keçmiş birinci katibi Martin Obrinin sürücüsü olub və keçmiş prezidentt Fransua Ollandın da yaxın ətrafına girməyi bacarıb. Onun 2012-ci ildə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçdığı, bu səbəbdən bir müddət işdən qovulduğu da aşkar olunub.

Bundan başqa, Aleksandr Benalla Emmanuel Makronun hakimiyyətin ən yüksək pilləsinə qaldığı dövr boyunca onun canının sağlığını qoruduğu mətbuatda yazılır. Onun prezidentlə onlarla fotoşəklinə rast gəlmək mümkündür.


Hətta deyilənə görə, Aleksandr Benalla prezidentin siyasi rəqiblərini zallardan zorla çıxırılması, jurnalistlərin təhdid edilməsi ilə də məşğulmuş.

Rəsmi vəzifəsi olmadığı halda bu adamın maşını xüsusi avadanlıqla, sayrışan işıqlarla təchiz olunub. Üstəlik, ehtiyatda olan zabit statusuna rəğmən növbədənkənar rütbəsi artırılıb, habelə silah gəzdirmək hüququ əldə edib.

Fransız jurnalistlər Benallanın dövlət başçısının rəsmi mühafizəsini təşkil edən orqan sayılan GSPR-a (Groupe de securite de la presidence de la Republique- Respublika prezidentinin təhlükəsizlik qrupu) aid olmadığnı asanlıqla müəyyənləşdiriblər.


Son hadisədən sonra Emmanuel Makronun zatən aşağı olan reytinqi daha da düşüb. Belə ki, “Le Figaro” qəzetinin apardığı sorğuda prezidentin nüfuzunun 32% civarına qədər gerilədiyi qeyd olunub. İctimai rəy araşdırılması institutu sayılan KANTAR Sofres-ın apardığı sorğularda isə prezidentin siyasətini əhalinin sadəcə 34%-nin təqdir etdiyi göstərilib.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

End of content

No more pages to load

RADİO