ABŞ-da hazırlanan gizli plan Bakıda belə deşifrə edildi – Məşhur ailədə qalmaqal başladı – FOTO

Vaxtaşırı ABŞ və Avropada Azərbaycanla bağlı müxtəlif planlar qurulur. Bunlar əsasən müsbət planlar olmur. Azərbaycan dövlətini hədəf alan, rəsmi Bakını şantaja məruz qoyan planlardan söhbət gedir.

2024-cü ilin sonlarına yaxın Qərbin Azərbaycanla bağlı növbəti planı iflas oldu. Söhbət Rüfət Səfərovla bağlı hazırlanan məlum şoudan gedir. Məişət məsələsinə görə həbs edilən bu şəxsi Bayden administrasiyası 1 nömrəli lider kimi cəmiyyətə sırımaq istədi. Heç bir ictimai-siyasi baqajı olmayan birinin süni şəkildə şişirdilməsi və xalqa təqdim edilməsi mümkün deyil. Artıq o dövrlər geridə qalıb. “Parnik liderləri” gün işığına çıxan kimi solurlar. Necə ki, bunu Rüfətin timsalında görürük.
 

O, saxlananda ABŞ Dövlət Departamenti “Rüfət Səfərovun Azərbaycanda saxlanılmasından dərin narahatıq və məsələni yaxından izləyirik” bəyanatını vermişdi.


Vaşinqtonun narahatlığı daha çox özünə görə idi. Rüfətlə bağlı plan tamamilə pozulmuşdu. Onu Vaşinqtonda dövlət katibi Entoni Blinkenin vasitəsilə mükafatlandırıb, təlimatlandırıb, Azərbaycana göndərməli idilər. Bununla da yeni plan işə düşməli idi. Amma plan işə yox, suya düşdü…

Bir az geriyə qayıdıb, oxucuların yaddaşını yeniləyək. Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində bir neçə ölkədən insan haqları müdafiəçilərinə Dövlət katibinin İnsan Hüquqları Müdafiəçisi Mükafatları təqdim olundu.

Amerikalıların “qaliblərindən” biri Azərbaycan insan hüquqları müdafiəçisi, “Müdafiə Xətti” təşkilatının həmtəsisçisi Rüfət Səfərov olub. Digər mükafat alan isə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı idi. Mükafatları onlara şəxsən E.Blinken verməli idi.


Rüfət Səfərov

Xatırladaq ki, Rüfət Səfərov 2024-cü ilin 4 dekabr tarixində torpaq alqı-satqısı ilə bağlı münaqişəyə görə saxlanılıb və haqqında dələduzluq, xuliqanlıq maddələri ilə cinayət işi açılıb.
 

Göründüyü kimi, ortada siyasi, yaxud başqa bir səbəb yoxdur.


Qərb bu həbsi siyasiləşdirib, Bakıya təzyiq rıçaqları əldə etməyə çalışır. Lakin ortadakı gerçəklik tamam başqadır. Nədir o səbəb? Ailə amili! Daha doğrusu, Rüfətin atası Eldar Sabiroğlunun (Səfərovun) biabırçı əməlləri. Rüfət Səfərovun və atasının milli dəyərlərə, əxlaqa, mənəvi göstəricilərə əməl etməməsi oğul Səfərovun “paketdən açılmış yeni lider” kimi cəmiyyətə sırınmasına mane olur.

Eldar Sabiroğlunun internetdə yayılan səs yazısından, yəqin, çoxlarının məlumatı var. O səs yazılarından belə anlaşılır ki, Eldar Sabiroğlu yaxın qohumu (deyilənə görə, baldızı qızı, yəni arvadının bacısı qızı – red.) olan gənc qızla intim münasibət yaşayır. Yayılan səs yazılarında onların arasındakı dialoq bunu deməyə əsas verir. O səs yazılarında Səfərovlar ailəsində nə qədər iyrənc və mənəviyyata zidd mühitin olduğu tam çılpaqlığı ilə üzə çıxır. Eldar Sabiroğlu həmin səs yazılarında oğlu və arvadı haqda alçaldıcı, təhqiramiz sözlər işlədir. Səs yazıları həddən artıq iyrənc olduğundan və etik çərçivələri aşdığından onların linklərini verməyi məqsədəuyğun hesab etmirik. Amma Yutub və Quqlda Eldar Sabiroğlunun adı ilə axtarışa verdikdə dərhal üzə çıxır.

Əldə etdiyimiz məlumata görə, Rüfətin ailəsində yenə gərginlik yaşanır. Atası Eldarın baldızı qızı ilə səs yazıları ailəni əməlli-başlı sarsıdıb. Bildirilir ki, Eldar Sabiroğlunun qızı Turan Səfərova Rüfətdən və atasından qeyrətli çıxıb. Atasına deyib ki, onun pozğun hərəkətləri qəbuledilməzdir. Atasına xatırladıb ki, 90-ci illərdə dövlət ona xaricdə ağır ürək əməliyyatı keçirməsi üçün kömək edib. Sonra isə Eldar Sabiroğlu Müdafiə Nazirliyində yüksək posta – mətbuat xidmətinin rəisi vəzifəsinə gətirilib. O, keçmiş müdafiə naziri Səfər Əbiyevlə birləşib, dövlətə qarşı çıxıblar, ona xəyanət ediblər. Eldar Sabiroğlu Səfər Əbiyevin orduda yol verdiyi qanunsuzluqların, özübaşınalıqların ört-basdır edilməsində canfəşanlıq göstərib. Bu haqda yazan mətbuat orqanlarının məhkəməyə verilməsində “ilana ağı verən kərtənkələ” rolunu oynayıb.


Eldar Sabiroğlu

Azərbaycan ordusunda ən böyük maliyyə yeyintisi, qanunsuzluq, dərəbəylik, “dedovşina” məhz Səfər Əbiyevin nazir olduğu, Eldar Sabiroğlu isə mətbuat xidmətinin rəisi işlədiyi dövrə təsadüf edir. S.Əbiyevin Qərbin kəşfiyyat orqanlarına bağlı biri olduğu barədə Azərbaycan mediasında bir neçə dəfə yazılıb. Təsadüfü deyil ki, o, vəzifədən çıxarıldıqdan sonra Çexiyaya sığınıb. Hətta deyilənə görə, oranın vətəndaşlığını alıb. Çexiya Şərqi Avropada Vaşinqtonun əsas kəşfiyyat bazası hesab edilir.
 

Rüfət Səfərovun Feysbuk hesabı xaricdə yaşayan müxalif jurnalist Azər Kazımzadə tərəfindən idarə olunur. O da, öz növbəsində, təlimatları Avropa ölkələrindən alır.


Bir məqama diqqət edək: Qərbin potensial lider hesab etdiyi şəxslər – hansılara ki investisiya qoyublar – tamamilə keyfiyyətsiz olurlar. Bir zamanlar ABŞ dövlət katibi Hillari Klintonun himayəsində olan Bəxtiyar Hacıyevin necə bir əxlaq və həyat tərzinə sahib olduğunu hər kəs gec də olsa bildi. Onu qızğın şəkildə müdafiə edən yüzlərlə insan sosial şəbəkələrdə bu əməllərindən peşman olduqlarını yazdılar. Rüfət Səfərov da öz səviyyəsiz və kriminal hərəkətlərinə görə cəmiyyətin içində nüfuz qazana bilməyib. Axırda da kriminal hadisələrə görə həbs edilib.

Bu da onu göstərir ki, Qərbin ağıllı və potensiallı bilib irəli çəkmək istədiyi, lider kimi sırımağa çalışdı şəxslər Azərbaycanda nəinki nüfuza malikdirlər, hətta qanunlara belə riayət etmirlər.

Çünki öz Vətəninə xəyanət etməyə hazır olan insanlar heç vaxt hörmət qazana bilməzlər.

Bir sözlə, Səfərovlar əl birliyi ilə Qərbin planını sıfırladılar. Bunun hesab-fakturasını isə Azərbaycan iqtidarının ayağına yazmağa çalışırlar… (Mənbə: globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il neçə metrostansiya istifadəyə veriləcək?

Bu il neçə metrostansiya istifadəyə veriləcək?

Azərbaycanda övladlığa götürmə qaydaları - Kimlər müraciət edə bilər?

Azərbaycanda övladlığa götürmə qaydaları - Kimlər müraciət edə bilər?

"Gənclər 500 manat maaşla necə yaşasınlar?" – VİDEO

"Gənclər 500 manat maaşla necə yaşasınlar?" – VİDEO

Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir? – Xidmət rəisindən AÇIQLAMA

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir? – Xidmət rəisindən AÇIQLAMA

Bu bürclərin üzünə bəxt qapıları açılır

Bu bürclərin üzünə bəxt qapıları açılır

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

Zaxarova Kanye Uesti nasist adlandırdı

Zaxarova Kanye Uesti nasist adlandırdı

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO