Cənubi Koreya tarixində ilk: Prezidentin həbsinə order verildi

Cənubi Koreya məhkəməsi hərbi vəziyyət rejimindən sonra qiyama cəhddə şübhəli bilinən Prezident Yun Sok Yol haqqında istintaq qrupunun tələbi ilə həbs orderi verib.

Bizim.Media xəbər verir ki, ölkədə hərbi rejim elanından sonra parlamentin qərarı ilə vəzifəsindən uzaqlaşdırılan və haqqında qiyama cəhd şübhəsi ilə istintaq başlayan Prezidentin ofisində də axtarış aparılmasına qərar verilib.

İstintaq qrupu Prezidentin dəqiq nə vaxt saxlanılacağını bildirməsə də, order 1 həftə qüvvədə olur. Bu, Cənubi Koreya tarixində prezident haqqında verilən ilk həbs orderidir.

Birgə istintaq qrupu Prezident Yun Sok Yolun həbsinə order almaq üçün dekabrın 30-da Seul məhkəməsinə müraciət edib. Qrup ifadə vermək üçün 3 dəfə sorğu göndərsə də, Prezident bunlara məhəl qoymayıb. İstintaq qrupunun məhkəməyə order üçün müraciət etməsindən bir neçə saat sonra Prezident yazılı ifadəsini istintaqa göndərib.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib.

Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb.. Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Ondan sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Bir neçə yüksək vəzifəli hərbçi saxlanılıb.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il neçə metrostansiya istifadəyə veriləcək?

Bu il neçə metrostansiya istifadəyə veriləcək?

Azərbaycanda övladlığa götürmə qaydaları - Kimlər müraciət edə bilər?

Azərbaycanda övladlığa götürmə qaydaları - Kimlər müraciət edə bilər?

"Gənclər 500 manat maaşla necə yaşasınlar?" – VİDEO

"Gənclər 500 manat maaşla necə yaşasınlar?" – VİDEO

Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO

44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir? – Xidmət rəisindən AÇIQLAMA

Hansı ərazilərdə tikinti aparılmasına yol verilmir? – Xidmət rəisindən AÇIQLAMA

Bu bürclərin üzünə bəxt qapıları açılır

Bu bürclərin üzünə bəxt qapıları açılır

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Dövlət Sosial Müdafiə Fondu bir milyon manata ofis icarəyə götürür

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Kirayə ev axtaran tələbələrə ÇAĞIRIŞ - VİDEO

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Konqoda Ebolaya karşı kütləvi peyvəndləmə BAŞLADI

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Türkiyədə daha bir QƏZA: tramvaylar üz-üzə toqquşdu - VİDEO

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Əziz Əliyev prospektində hadisə: bir nəfər xəstəxanalıq oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

Voleybolçularımızın 1/8 finaldakı rəqibi məlum oldu

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

ABŞ-də ölkə tarixinin ən böyük pivə oğurluğu: Tapılması üçün maraqlı elan verildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Kralın ölümünə görə "Sabah"ın rəqibinin oyununun vaxtı dəyişdirildi

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

Azərbaycanlıların da olduğu daha bir gəmiyə dron hücumu edildi - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

İstanbulda sərnişin avtobusu divara çırpıldı - ölən və yaralılar var - VİDEO

Zaxarova Kanye Uesti nasist adlandırdı

Zaxarova Kanye Uesti nasist adlandırdı

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Türkiyədə meşə yanğını: Külək alovu yaşayış məntəqələrinə doğru yayır

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Röya izləyicilərini sevindirəcək - VİDEO

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO