İranda göbələkdən kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bu barədə İranın Səhiyyə Nazirliyinin infeksion xəstəliklər mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya məlumat verib.xa0 Zəhərlənmədən 11 nəfər ölüb, azı 800 nəfər zəhərlənib.xa0
Hazırda xəstəxanalarda 230 nəfər qalır, zərərçəkənlərdən üçünə qaraciyər köçürülməsi əməliyyatı edilib.xa0
Kütləvi zəhərlənmələr Kirmanşah, Kürdistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Həmədanda qeydə alınıb. (Qafqazinfo)