Kanye Uest Kim Kardaşyanla qalmaqallı ayrılıqdan sonra həyatını davam etdirir.
Bizim.Media xəbər verir ki, Kanye Uest rusiyalı supermodel İrina Şeyklə münasibətdədir. Hər halda xarici xəbər saytları və sosial şəbəkələrdə yayılan məlumatlar bunu deməyə əsas verir.
“DeuxMo” portalının sual dolu yazısı isə ajiotaj yaradıb. Yazıda qeyd olunub ki, “Kanye Uest irina Şeyklə gizlin görüşür. Axı İrina Bredli Kuperin uşağının anasıdır”.
Digər saytlar iki məşhurun görüşdüyünə inanmasalar da, İrina ilə Kanyenin bir-birinə marağının olduğunu istisna etməyiblər.
Bizim.Media

