İsrail İrana zərbələr endirmək üçün ABŞ ordusunun nəzarəti altında olan İraq ərazisindən istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
İddiaya görə, İsrail “hava-yer” raketlərindən istifadə edərək İlam, Xuzistan və Tehran ostanlarında İranın stasionar radiolokasiya stansiyaslarını vurmağa cəhd edib.
Qeyd edək ki, ötən gecə İsrail Ordusu İrandakı hərbi obyektlərə hücum edib. İsrail Müdafiə Nazirliyi bildirib ki, hava qüvvələri Tehranın İsrailə atdığı raketlərin istehsalı üçün istifadə edilən zavodlara zərbələr endirib.
Bizim.Media