Türkiyədə PKK terrorçularına qarşı əməliyyatlar davam edir.Ölkənin 17 vilayətində kürd hərbi-siyasi təşkilatı PKK ilə əlaqədə şübhəli bilinən 55 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya bildirib.
Həmçinin bu gün Bitlis vilayətində PKK ilə əlaqəsi olan daha 6 nəfər saxlanılıb. Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 17 PKK yaraqlısını məhv edib.
Bizim.Media