İran ötən gecə İsrailin respublikanın hərbi obyektlərinə endirdiyi zərbələr nəticəsində iki hərbçisinin öldüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Belə ki, ötən gecə İsrail Ordusu İrandakı hərbi obyektlərə hücum edib. İsrail Müdafiə Nazirliyi bildirib ki, hava qüvvələri Tehranın İsrailə atdığı raketlərin istehsalı üçün istifadə edilən zavodlara zərbələr endirib.
İran Silahlı Qüvvələri öz növbəsində İsrailin İranın bəzi obyektlərinə “məhdud ziyan vurduğunu” qeyd edib.
Bizim.Media