Bu gün Gürcüstanda parlament seçkiləri başlayıb.
Bizim.Media xəbər verir ki, saat 08:00-da Gürcüstan ərazisindəki bütün seçki məntəqələri səsvermə üçün açılıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.
Qalan 67-si isə xarici ölkələrdədir.
Bizim.Media