İranda din xadimi güllələnərək öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə ”IRNA” məlumat yayıb.
Məlumata görə, bu gün Kazerunda cümə namazı qıldıqdan sonra naməlum şəxs Məhəmməd Səbahiyə silahla atəş açıb.
Hücum edən şəxs daha sonra özünü öldürüb.
Səbahi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media