Ötən gün Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə telekanallarında yayımlanması planlaşdırılan serialların yeni bölümlərinin yayımı bu gün də təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı ölkə mətbuatında məlumatlar yayılıb.
Xatırladaq ki, ötən gün Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib. Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib, biri isə özünü partladıb.
Bizim.Media