Koreya Respublikasının cənub-şərqində yerləşən Pusan şəhərində dislokasiya olunmuş amerikalı əsgərlər üçün nəzərdə tutulmuş avadanlıqların toplandığı 55-ci təchizat anbarında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yanğınsöndürənlər artıq bir neçə saatdır alovun qarşısını ala bilmirlər.
Hadisə yerində 160-dan çox təcili yardım əməkdaşı və 50-dən çox texnika cəlb edilib.
Bizim.Media