BİZİM TƏQVİM: 25 oktyabrda baş vermiş tarixi hadisələr

2020-ci ilin bu günündə Azərbaycanın Silahlı Qüvvələri Qubadlı şəhərini və Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd,Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini Ermənistanın işğalından azad edib.

Bəs, oktyabrın 25-də dünyada daha hansı hadisələr baş verib?

1. 25 oktyabr 1147-ci ildə Sultan I Məsudun komandanlığındakı Səlcuqlu ordusu alman kralı III Konradın komandanlığındakı Səlib ordusunu Əskişəhir yaxınlığındakı Dorileon müharibəsində məğlub edildi.

2. 1913-cü ilin bu günündə Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerası olub.

3. 25 oktyabr 1917-ci ildə Vladimir Leninin başçılığındakı Bolşevik qüvvələr Rusiyada hakimiyyəti ələ keçirdi.

4. 25 oktyabr 1923-ci ildə Bakı Rus Tənqid-Təbliğ Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.

5. 25 oktyabr 1924-cü il tarixində Türk milliyyətçiliyinin simvolu olan simalardan yazıçı, şair və siyasətçi Ziya Gökalp İstanbulda vəfat etdi.

6. 25 oktyabr 1936-cı ildə Adolf Hitler və Benito Mussolini Mehvar dövlətləri birliyini qurduqlarını elan etdilər.

7. 25 oktyabr 1947-ci ildə Sovet İttifaqı Türkiyəyə verdiyi diplomatik notalarla İstanbul və Çanaqqala boğazlarında hərbi baza ilə Qars və Ardahanın onlara verilməsini istədi. Türkiyə bu tələbləri qəbul etmədi. ABŞ və İngiltərənin də Türkiyəni dəstəkləməsi nəticəsində Sovet İttifaqı hakimiyyəti 1953-cü ildə Stalinin ölümündən sonra bu tələblərindən rəsmi olaraq vaz keçdiyini açıqladı.

8. 25 oktyabr 1971-ci ildə Çin Xalq Cümhuriyyəti Tayvanın BMT-dən çıxarılmasından sonra BMT-yə üzv oldu.

9. 25 oktyabr 2004-cü ildə Kuba dövlət başçısı Fidel Kastro ölkəsində ABŞ dolları ilə bazarlıq işlərinin qadağan olunduğunu açıqladı.

10. 2006-cı ilin 25 oktyabrında ABŞ-da ilk Azərbaycan məktəbi açıldı.

11. 25 oktyabr 2007-ci ildə Airbus A380 ilk kommersiya uçuşunu həyata keçirdi.

12. 25 oktyabr 2009-cu ildə İraqın paytaxtı Bağdadda Ədliyyə Nazirliyi və Vilayət binasına minalanmış maşınlarla hücum edildi; 90 nəfər həyatını itirdi, 600 nəfər yaralandı.

Oktyabrın 25-də bu şəxsiyyətlər xatırlanır:

1. 25 oktyabr 1825-ci ildə “Vals kralı”, tanınmış Avstriya bəstəkarı, dirijor və skripkaçı İohann Ştraus (1825-1899) doğulub.

2. 1921-ci ilin 25 oktyabrında SSRİ Sərhəd Qoşunlarının general-mayoru rütbəsinə qədər yüksələn ilk azərbaycanlının - Mustafa Nəsirovun (1921-2012) dünyaya gəlib.

3. 25 oktyabr 1921-ci ildə Xalq artisti Nəcibə Məlikova (1921-1992) anadan olub. İstedadlı aktrisa “Ögey ana” (1959), “Aygün” (1961), “Əhməd haradadır?” (1964), “Arşın mal alan” (1966) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

4. 25 oktyabr 1907-ci ildə ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Quluzadə (1907-1979) anadan olub. 50-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru işləyib.

5. 25 oktyabr 1911-ci ildə biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Qəhrəmanov (1911-1959) anadan olub.

6. 25 oktyabr 1912-ci ildə Xalq rəssamı Bədurə Əfqanlı (Ağamalova; 1912 - 7.5.2002) anadan olub. Akademik Dram Teatrında, "Azərbaycanfilm" kinostudiyasında ("Dəli Kür", "Dədə Qorqud" və s. filmlər) geyim üzrə rəssam işləyib.

7. 25 oktyabr 1913-ci ildə Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ilk tamaşası olub. Tamaşaya Hüseyn Ərəblinski quruluş verib.

8. 25 oktyabr 1930-cı ildə Xalq rəssamı, qrafik Elmira Şahtaxtinskaya (1930 - 15.10.1996) anadan olub.

9. 25 oktyabr 1935-ci ildə qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 - 22.8.1999) anadan olub.

10. 25 oktyabr 2008-ci ildə dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (17.8.1942 - 2008) vəfat edib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İŞİD-ə qarşı əməliyyatda 67 nəfər həbs edilib

İŞİD-ə qarşı əməliyyatda 67 nəfər həbs edilib

Bu yollar buz bağlayıb: Ehtiyatlı olun!

Bu yollar buz bağlayıb: Ehtiyatlı olun!

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Mourinyo "Çelsi"yə qayıda bilər

Mourinyo "Çelsi"yə qayıda bilər

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Sumqayıtda dəm qazı CAN ALDI

Sumqayıtda dəm qazı CAN ALDI

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

End of content

No more pages to load

RADİO