Böyük Britaniyanın Baş naziri Kir Starmer Ankarada törədilən terror aktına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Baş nazir bu barədə özünün “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Ankarada baş verən terror hücumundan dəhşətə gəlmişəm. Biz NATO müttəfiqi və yaxın dostumuz olan Türkiyə ilə çiyin-çiyinə dayanırıq. Qurbanların ailələrinin və bu hadisədən təsirlənən hər kəsin yanında olduğumuzu bildiririk”, - deyə Baş nazir vurğulayıb.
Xatırladaq ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.
Bizim.Media