Rusiyanın Şimali Kuril adalarının sahillərinə yaxın ərazidə, Sakit okeanda 6,2 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti" agentliyi "Yujno-Saxalinsk" seysmik stansiyasının rəhbəri Yelena Semyonovaya istinadən yayıb.
Onun sözlərinə görə, yeraltı təkanların episentr Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib.
Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.
Bizim.Media