33 ölkənin rəsmiləri KAZANDA – BRİCS sammitində nələr MÜZAKİRƏ OLUNACAQ?

Bu gün Tatarıstanın paytaxtı Kazan şəhərində üç gün davam edəcək (22-24 oktyabr) BRİCS sammiti işə başlayır.

Bu, 2006-ci ildə yaradıldıqdan sonra BRİCS-in on altıncı sammitidir. Sammitdə 33 dövlətin nümayəndələrinin iştirakı gözlənilir. BRİCS-in ilk üzvləri olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikaya daha sonra Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya da qoşulub. Kazan sammitində bu dövlətlərin də ali təmsilçiləri iştirak edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın Kazan şəhərində BRICS sammiti başlayır


Sammitin açılışı qeyri-rəsmi naharda nümayəndə heyətləri rəhbərlərinin qarşılanma mərasimi ilə başlayacaq. İkinci gün, oktyabrın 23-də dar və geniş tərkibdə sessiyalar keçiriləcək və iştirakçıların rəsmi görüş mərasimi ilə yekunlaşacaq. Oktyabrın 24-də nümayəndə heyətləri rəhbərlərinin birgə fotosessiyası və iki plenar iclası olacaq. Həmin gün Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı keçiriləcək.

Maraqlıdır, BRİCS-in sammitində hansı məsələlərin müzakirəsi gözlənilir? Bu sammit nə ilə yadda qalacaq? Rusiya hazırkı geosiyasi vəziyyətdə bu sammitdən hansı dvidentlər qazanmağa çalışacaq?

Politoloq Zərdüşt  Əlizadə Bizim.Media-ya bildirib ki, Ukraynaya təcavüzünə görə dünyadan xeyli dərəcədə təcrid olunan Rusiya bununla Qərbə aid olmayan dövlətlərdən özünün rahat ola biləcəyi bir mühit yaratmağa çalışır:

“Çin, Hindistan, Misir Qərb deyil. Ona görə Rusiya BRİCS-in böyüməsində maraqlıdır. Çalışır ki, yaratdığı bu mühitdə özünü rahat hiss etsin. Bu səbəbdən özünə yaxın ölkələrə, məsələn, Azərbaycana məsləhət görüb ki, gəlin, BRİCS-ə qoşulun. Ermənistana da dedi ki, gəl, hələlik müşahidəçi kimi iştirak elə və s”.

Rusiya SWIFT-ə alternativ yaratmağa çalışırdı...

Politoloqun fikrincə, Rusiya həm də BRİCS-in hazırlıq mərhələsində dollara, SWIFT sisteminə qarşı alternativ yaratmağa çalışırdı. Ona görə BRİCS üzvü olan ölkələrin maliyyə nazirlərinin sammit öncəsi görüşünü keçirməyə, bu yöndə bir qərar qəbul etməyə çalışdı, amma alınmadı:

“İran da, Rusiya da SWIFT-dən təcrid olunublar. Ona görə Rusiya belə bir alternativ qurum yaratmağa çalışdı, amma müvəffəq ola bilmədi. Çünki hələlik SWIFT-dən istifadə edən BRİCS üzvləri Rusiyanın səylərini anlayıb Qərblə kəllələşmək istəmədilər. Amma yenə də hər ehtimala qarşı yığışırlar.Düzdür, məsələn, Braziliyanın prezidenti yıxılıb zədələndiyi üçün qatılmayacağını dedi. Amma qalanlar gələcək və hər kəsə göstərəcəklər ki, dünya təkcə Qərbdən ibarət deyil, BRİCS-dəki ölkələr, digər cənub ölkələri də var, onlar Qərbə o qədər də fikir vermirlər və öz aralarında danışmağa qadirdilər”.

Z.Əlizadə onu da qeyd edib ki, BRİCS-in yaradılmasının bir səbəbi də var:

“BRİCS başqa bir ideyanın təcəssümüdür. BMT-də aparıcı qüvvə Qərb ölkələridir. Bu qurumun Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü Qərb dövlətidir. Oların qərarlara veto hüququ var. Qərbin hərbi-siyasi gücündən asılı dövlətlərin sayı çoxdur. Hələlik qlobal cənub BMT-də həlledici qüvvə deyil. Ona görə də BRİCS üzvləri sanki BMT-yə alternativ qurum yaratmağa çalışırlar, birliyin əhəmiyyətini artırmağa, təşkilatlandırmağa çalışırlar. Dünya miqyasında qlobal oyunlar gedir, BRİCS də onun bir mərhələsidir”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sultan Süleyman” və “Hürrəm” 15 ildən sonra çəkiliş meydançasında – FOTO

“Sultan Süleyman” və “Hürrəm” 15 ildən sonra çəkiliş meydançasında – FOTO

Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Puldan niyə metal qoxusu gəlir?

Puldan niyə metal qoxusu gəlir?

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

End of content

No more pages to load

RADİO