ABŞ dövlət katibi HƏMAS lideri Yəhya Sinvarın ölümündən sonra Qəzza və Livanda münaqişələrə son qoymaq üçün diplomatik səylər çərçivəsində İsrailə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, sabah Qüdsdə Blinken İsrail Dövlətinin prezidenti İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşəcək.
Bizim.Media