“Birləşmiş Ştatlar Cozef Baydenin rəhbərliyi altında Ukraynaya dəstəyi artırmağa davam edir Bu məqsədlə ABŞ Ukraynaya 400 milyon dollar həcmində hərbi yardım paketi ayıracaq”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfəri zamanı açıqlama verib.
Qeyd edək ki, ABŞ müdafiə naziri oktyabrın 21-də Ukraynaya səfər edib. L. Ostin səfər çərçivəsində Ukrayna rəhbərliyi ilə görüşəcək və ABŞ-ın Kiyevə hərbi yardım öhdəliyini bir daha vurğulayacaq.
Bizim.Media