İsrailin Ümumi Təhlükəsizliyi Xidməti (ŞABAK) və İsrail polisi Təl-Əviv yaxınlığındakı Patek-Tikvada yaşayan ölkə vətəndaşı saxlayıb. O, İrana casusluq etməkdə günahlandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Didban İran” saytı yayıb.
Mənbə qeyd edir ki, casus İrandan 100 min dollar alaraq israilli alimə sui-qəsd etməyi planlaşdırıb.
İran kəşfiyyatı onunla danışıqları ingilis dilində aparıb. Casusdan əlaqə üçün xüsusi telefon alması istənilib.
Bizim.Media