İranın Xuzistan əyalətinin Şuşter rayonunda neftayırma zavodunda yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb. Hadisə yerinə xilasedici və yanğınsöndürənlər cəlb edilib. Yanğın lokallaşdırılıb.
Bizim.Media