Pentaqon ABŞ-ın Ukrayna və İsrailə hərbi yardımının məhdud olduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.
“Bu, ədalətli qiymətləndirmədir - bizim ehtiyatlarımız sonsuz deyil. Ukrayna və İsraili dəstəkləmək üçün əlavə yardım paketləri tələb etdiyimizi gördünüz. Müdafiə sənayesi bazasının yenidən qurulmasında da çətinliklərlə üzləşdik”, - deyə Sinq qeyd edib.
Bizim.Media