Gürcüstan üçün TARİXİ SINAQ – “Gürcü arzusu” Qərbin təxribat arzusunu ürəyində QOYACAQ – TƏHLİL

Gürcüstan tarixi sınaq qarşısındadır. 10 gündən sonra - oktyabrın 26-da ölkədə parlament seçkiləri keçiriləcək. Bu seçki yəqin ki, Gürcüstanın ictimai həyatında həlledici olacaq. Belə ki, bu seçkilərdən sonra xalq ya Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünün, ya da Qərbin yağlı və yalan vədlərinin arxasınca gedəcək.

Suveren və azad Gürcüstanı istəyənlər daha çoxdur.

Seçki günü yaxınlaşdıqca təkcə siyasi mübarizə yox, həm də emosiyalar qızışır. Təbii ki, proseslərdə katalizator rolunu Qərb oynayır. Qərb maraqlıdır ki, Gürcüstan qarışsın, xaos və vətəndaş müharibəsi baş versin. Çünki Qərb xaosu idarə etməkdə və ondan bəhrələnməkdə çox mahirdir.

Amma bu dəfə mənzərə tam fərqlidir. Çünki Gürcüstanın siyasi hakimiyyətində milli maraqlardan çıxış edən və ölkənin suverenliyinin, ərazi bütövlüyünün bərpasını istəyən qüvvələr daha çoxdur. Bundan əlavə, iqtidarda olan “Gürcü arzusu”nun reytinqi də daha yüksəkdir. Ələxüsus da ona görə ki, gürcü xalqı qərbyönümlü iqtidarın onlara hansı fəlakətləri gətirdiyini unutmayıb.

Gürcüstan ABŞ-ın ştatı deyil

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu günlərdə haqlı olaraq bəyan edib ki, ölkəmiz ingiliscə “Georgia” adlansa da, biz ABŞ-ın ştatı deyilik:

“Kənardan heç kim Gürcüstanın daxili işlərinə ədalət nöqteyi-nəzərindən müdaxilə edə bilməz. Əgər onların hansısa Gürcüstan vətəndaşı ilə bağlı iddiaları, sübutları varsa, onları təqdim etməlidirlər. Lakin bunu edə bilmirlər. Buna görə də bu qərar tamamilə özbaşına və əsassızdır”.

Daha bir Gürcüstan rəsmisi Tiflis meri Kaxa Kaladze Gürcüstan Prezidenti Salome Zurabişvilini ölkənin imicinə xələl gətirməkdə ittiham edib

"Konstitusiyanı pozan şəxsin səfərini başqa necə qiymətləndirmək olar? Əslində bunun əksi olmalıdır, o, Konstitusiyanı birinci müdafiə etməlidir”, - deyə Kaladze Zurabişvilinin Almaniyaya səfəri ilə bağlı bildirib.

Konstitusiyaya görə, Zurabişvili yalnız hökumətin razılığı ilə xarici səfərlər edə və rəsmi görüşlər keçirə bilər. 2023-cü ildə Gürcüstan prezidentinin Konstitusiyanı pozması onun impiçmentinə səbəb olub.

Gürcüstan hakimiyyəti Qərbin dedikləri ilə oturub-durmur

Nəzərə alaq buna qədər Gürcüstanın siyasi rəhbərliyi Qərbin təhdidlərinə boyun əyməyib. Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ və Avropa İttifaqının rəhbərləri ilə təmaslardan uzaq durub. Çünki həm ABŞ, həm də Aİ Gürcüstanı yeni münaqişəyə təhrik edir. Bu isə Gürcüstanın milli və dövlət maraqlarına qətiyyən uyğun deyil. Bunun üçün Gürcüstan hökuməti hətta Qərbin maddi yardımlarından belə imtina edib.

Hər kəs bilir ki, postsovet ölkələrinin Rusiyaya qarşı müharibəyə təşviq etmək üçün Aİ üzvlüyü məsələsi Qərbin əlində bir alətidir. Bununla belə, Aİ-nin ərazi bütövlüyü və suveren hüquqları sual altında qalan heç bir dövləti öz çətiri altına almayacağını çoxları bilir. Üstəlik, iqtisadi problemlərin məngənəsində sıxılan bir ölkə Aİ-yə ancaq yük ola bilər. Ona görə də iqtisadi problemləri olan və ərazisinin 20 faizi işğal altında saxlanılan Gürcüstan kimi bir dövlət Aİ-yə lazım deyil.

Bəlkə də buna görə Aİ Gürcüstanın üzvlük məsələsinə yalnız 2030-cu ildə baxacaq. Halbuki, 1999-cu ildə Gürcüstana namizədlik status verilib. Bununla belə ötən 25 ildə müxtəlif bəhanələrlə Gürcüstanın üzvlük məsələsi ertələnib. Yəqin ki, 2030-cu ildə də bu məsələ reallaşmayacaq. Üstəlik, Qərbin diqtəsi ilə hərəkət etməyin acısını Gürcüstan dəfələrlə dadıb.

Məsələn, 2008-ci ildə Qərbə inanan rəsmi Tiflis Moskvaya qarşı müharibə elan etdi. Amma bu müharibə cəmi 2 həftə çəkdi. Gürcüstanın 20 faiz torpaqlarının işğalı ilə nəticələndi. Amma o zaman nə ABŞ, nə Aİ, nə də ki, NATO Gürcüstanın harayına yetişmədi. Sadəcə hadisələri kənardan müşahidə etdi.

Ona görə də Gürcüstanın hazırkı siyasi rəhbərliyi məsələlərə daha real yanaşır.  Axı, Gürcüstanın iqtisadi inkişafı Qərbdən yox, regional əlaqələrdən keçir. Ona görə də rəsmi Tiflis balanslaşdırılmış siyasət yürüdür.

Məlumdur ki, Gürcüstan hər il həm ABŞ-dan, həm də Aİ-dən maliyyə dəstəyi alırdı. Amma agentura şəbəkəsi haqqında qanunun qüvvəyə minməsindən sonra bu yardımlar dayandırılır.

Ən azı müəyyən müddətə…

Çünki Qərb Gürcüstana lazım olduğu qədər, Gürcüstan da Qərbə lazımdır. İndiki həssas dönəmdə həm Qərb, həm də Gürcüstan öz mövqeyində qəti görünür. Üstəlik, Gürcüstanda “rəngli inqilab” ssenarisinə cəhd edilməsi də istisna deyil.

Amma Qərbin uğursuz olması ehtimalı daha çoxdur. Çünki Qərb Gürcüstana qarşı təxribata əl atsa, böyük ehtimalla uğursuzluğa düçar olacaq. Bu zaman Tiflis məcburən Rusiyaya yaxınlaşmalı olacaq. Bu isə Qərb üçün ən arzuolunmaz variantdır. Ona görə də Qərbin təhdidlərinin tədricən səngiməsi proqnozlaşdırılır.

Amma Gürcüstan düzgün addım atsa, qazanacaq.

Ən azı ölkənin ərazi bütövlüyü və suveren hüquqları bərpa olunacaq. Lakin həmin zamana qədər Gürcüstan ciddi siyasi və iqtisadi təzyiqlərlə üzləşəcək. Əgər rəsmi Tiflis Qərbin təzyiqlərinə boyun əyməsə, o zaman Rusiya Gürcüstanla münasibətlərinə yenidən baxacaq. Bu da o deməkdir ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın nəzarətinə qaytara bilər.

İndiki zamanda Gürcüstan müharibəsiz, qan tökmədən işğala son vermək istəyir. Bunun üçün tək şərt Gürcüstanın Qərbdən uzaqlaşmasıdır.

Əslində, rəsmi Tiflis anlayır ki, Qərb heç vaxt 20 faiz torpaqlarının azad olmasında Gürcüstana kömək etməyəcək. Bunun ən bariz nümunəsi Azərbaycan gerçəkliyidir. Azərbaycan 25 il Qərbə inandı, gözlədi. Sonda isə ərazi bütövlüyünü və suveren hüquqlarının öz qətiyyəti hesabına bərpa etdi. Qərbə inanan Moldova da eyni acı aqibəti yaşayır. Ukraynada isə vəziyyət daha faciəlidir. Bu gün Ukraynanın bir dövlət kimi xəritədən silinməsi ehtimalı çox böyükdür.

Bununla belə, Gürcüstanı çətin günlər gözləyir.  Məlumdur ki, Qərb oktyabrın 26-da keçiriləcək seçkilərə müdaxilə edəcək. Artıq Qərb hərəkətə keçib. Plana əsasən, oktyabrın 20-də "Gürcüstan Avropa İttifaqını seçir!" aksiyası keçiriləcək. Bunu rəsmi Tiflis də proqnozlaşdırır. Təsadüfi deyil ki, bu günlərdə  Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, bu seçkilərdə Gürcüstan vətəndaşları müharibə və sülh arasında seçim etməli olacaqlar:

“2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkiləri “müharibə və sülh arasında referendum olacaq. Əslində seçim sadədir. Seçim sülh, mənəviyyat və parlaq gələcək lehinə edilməlidir”.

İnanırıq ki, gürcü xalqı oktyabrın 26-da sülhə səs verəcək. Çünki bölgədə davamlı sülhün olması bütün region ölkələrinin maraqlarına uyğundur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yol bağlandı: müğənni Bakıya qayıda bilmir - VİDEO

Yol bağlandı: müğənni Bakıya qayıda bilmir - VİDEO

Venesuelaya hücuma ABŞ-dan ilk REAKSİYA

Venesuelaya hücuma ABŞ-dan ilk REAKSİYA

Ağ örpəyə bürünən Xınalığın ecazkar mənzərəsi – VİDEO

Ağ örpəyə bürünən Xınalığın ecazkar mənzərəsi – VİDEO

Kəlbəcərdə nə baş verib? – Süni ajiotaj fonunda REAL MƏNZƏRƏ

Kəlbəcərdə nə baş verib? – Süni ajiotaj fonunda REAL MƏNZƏRƏ

Bu səhvləri edən qadınlar ömürlük tənha qalır – ÇIXIŞ YOLU varmı?

Bu səhvləri edən qadınlar ömürlük tənha qalır – ÇIXIŞ YOLU varmı?

Babək prospektində zəncirvari qəza – VİDEO

Babək prospektində zəncirvari qəza – VİDEO

Gəncədə GÜCLÜ YANĞIN - FOTO/VİDEO

Gəncədə GÜCLÜ YANĞIN - FOTO/VİDEO

Venesuelada fövqəladə vəziyyət ELAN OLUNDU – VİDEO

Venesuelada fövqəladə vəziyyət ELAN OLUNDU – VİDEO

Kiyevdə güllə-baran altında yaşayan estrada ulduzu: “Müharibə bizi heç vaxt ayırmayacaq”

Kiyevdə güllə-baran altında yaşayan estrada ulduzu: “Müharibə bizi heç vaxt ayırmayacaq”

Zaqatalada küçədən meyit tapıldı

Zaqatalada küçədən meyit tapıldı

Aprel döyüşlərində gözünü və böyrəyini itirən qazi VƏFAT ETDİ

Aprel döyüşlərində gözünü və böyrəyini itirən qazi VƏFAT ETDİ

Bu ərazilərdə 20⁰-dək ŞAXTA VAR

Bu ərazilərdə 20⁰-dək ŞAXTA VAR

QMİ-dən Həcc ziyarəti ilə bağlı ÇAĞIRIŞ

QMİ-dən Həcc ziyarəti ilə bağlı ÇAĞIRIŞ

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Leyla Əliyeva Qusarın Hil kəndində - FOTO

Leyla Əliyeva Qusarın Hil kəndində - FOTO

Həkimlərdən XƏBƏRDARLIQ - Bu yeməklərin qarışdırılmasına ən sağlam orqanizm də dözmür

Həkimlərdən XƏBƏRDARLIQ - Bu yeməklərin qarışdırılmasına ən sağlam orqanizm də dözmür

ABŞ Venesuelanın hərbi bazalarını belə məhv edir – ANBAAN VİDEO

ABŞ Venesuelanın hərbi bazalarını belə məhv edir – ANBAAN VİDEO

Pulu özünə çəkən 4 bürc

Pulu özünə çəkən 4 bürc

Koxalski nişanlandı – VİDEO

Koxalski nişanlandı – VİDEO

ABŞ-ın hücumuna məruz qalan Venesuelada son durum – EKSKLÜZİV AÇIQLAMA

ABŞ-ın hücumuna məruz qalan Venesuelada son durum – EKSKLÜZİV AÇIQLAMA

Zelenski bu şəxsi müdafiə naziri təyin edəcək – VİDEO

Zelenski bu şəxsi müdafiə naziri təyin edəcək – VİDEO

8 min tabut Azərbaycana niyə gətirilib?

8 min tabut Azərbaycana niyə gətirilib?

ABŞ hərbi helikopterləri Venesuela səmasında – VİDEO

ABŞ hərbi helikopterləri Venesuela səmasında – VİDEO

Bakıda gecə klubunun administratorunun qətli ilə bağlı YENİ DETALLAR – VİDEO

Bakıda gecə klubunun administratorunun qətli ilə bağlı YENİ DETALLAR – VİDEO

End of content

No more pages to load

RADİO