Rusiyanın İrkutsk vilayətində 2025-ci ilin yanvarın 1-dən miqrantların işinə məhdudiyyətlər tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru fərman imzalayıb.
Sənədə əsasən, miqrantların işinə məhdudiyyətlər 16 sahə üzrə tətbiq olunacaq. Bu məhdudiyyətlər şəhər və şəhərətrafı nəqliyyat, taksi, turizm, ticarət, təhsil və səhiyyə müəssisələrində və s. kimi sahələrə təsir edəcək. İşəgötürənlər əcnəbi işçilərin sayını 2025-ci il yanvarın 1-dək fərmana uyğun olaraq normal vəziyyətə gətirməlidirlər.
Qeyd edək ki, daha əvvəl Kaluqa vilayətində və Xabarovsk diyarında miqrantların məşğulluğuna əlavə məhdudiyyətlər tətbiq edilib.
Bizim.Media