"Kədərdə, sevincdə bir olduğumuz türk dünyası ilə əlaqələrimiz durmadan genişlənir. Başda Azərbaycan olmaqla, türk dövlətlərindəki qardaşlarımızın dağıdıcı fevral zəlzələləri zamanı göstərdikləri köməyi əsla unutmarıq".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair mətbuata açıqlamasında bildirib.
Ərdoğan vurğulayıb ki, Türkiyə də çətin günlərdə qardaşlarının yanında olacaq və türk birliyi birlikdə inşa ediləcək:
"Biz də lazım olduğu təqdirdə qardaşlarımızdan köməyi əsirgəməyəcəyik, qarşlılıq gözləmədən bütün imkanlarımızı səfərbər edəcəyik, yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq".
Bizim.Media