“Monte Karlo”da ofisiantlar müğənnini niyə bıçaqlayıb? - TƏFƏRRÜAT

Bakıda məşhur şadlıq saraylarından olan “Monte Karlo”da müğənnini bıçaqlayan ofisiantlar cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin yayında şadlıq sarayında keçirilən toydan az sonra baş verib.

Nizami Rayon Məhkəməsi bir neçə gün əvvəl hadisəni törətmiş şəxslərə hökm oxuyub.

Bildirilib ki, şadlıq sarayında aparıcı-müğənni kimi fəaliyyət göstərən Murad Musayev ilə oranın ofisiantları arasında mübahisə yaranıb. Belə ki, sərxoş olan ofisiantlardan birinin ayağı stolun süfrəsinə ilişib, nəticədə üzərindəki qablar yerə tökülərək sınıb. Musiqiçi yoldaşları ilə toydan sonra yemək yeyən Murad onlara yaxınlaşaraq irad bildirib və münaqişə baş verib. Bu zaman 3 ofisiant onu kənara çəkib və müğənniyə bıçaq xəsarətləri yetirilib.
 

Hadisədən sonra şadlıq sarayının Əli və Zaur Əkbərov qardaşları, eləcə də Ümid adlı ofisiantlarına Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq-bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılıb.


Bıçaqlanan müğənni ifadəsində deyib: “2003-cü ildən toylarda aparıcı-müğənni kimi çalışıram. 2023-cü ilin aprelində Babək prospekti 22 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayında işə başlamışam. Ötən ilin iyulun 14-ü saat 17 radələrində o toy ziyafətində iştirak etmək üçün “Monte Karlo”ya getdim. Həmin gün saat 23:58-də toyu yekunlaşdırdım və Aytac adlı xanım müğənni, həmçinin saz ifaçısı Hikmət və üç nəfər fotoqrafla birgə öz masamızda əyləşib yeməyə başladıq. Bu zaman üzbəüz stolda əyləşmiş üç ofisiantdan biri masanın üzərinə yumruq vuraraq onu çevirdi”.

Zərərçəkmiş bildirib ki, sözügedən ofisianta irad bildirmək üçün ona yaxınlaşıb: “Masadakı bütün əşyalar döşəməyə dağılmışdı. Ona dedim ki, “çörək qazandığınız yerdir, niyə belə hərəkət edirsiniz?” Məni tanıyan ofisiantlar yaxınlaşıb dedilər ki, “spirtli içki qəbul ediblər, sən qarışma”. Bundan sonra bir söz deməyib oradan uzaqlaşdım. İnzibatçı qonorarımızı verdikdən sonra zalı tərk etdik”.

Müğənni qeyd edib ki, gecə saat 1 radələrində şadlıq sarayının qarşısında taksiyə minərkən həmin ofisiantlar ona yaxınlaşaraq kənara çəkiblər və Əli adlı gənc onu bel nahiyəsindən 2 dəfə bıçaqlayıb. Həmçinin döyərək burnunu sındırıblar.

Hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü Polis Şöbəsinə müraciət edildikdən sonra araşdırma aparılıb. Bakını tərk edərək Masallıya gedən Əli və Zaur saxlanılıb. Eyni zamanda hadisənin iştirakçısı olmuş Ümid adlı digər ofisiant da cinayət məsuliyyətinə cəlb edilib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə onlar qeyd edilən maddə üzrə təqsirli biliniblər. Əliyə 2 il 5 ay 26 gün, qardaşı Zaura 1 il 11 ay 28 gün, Ümidə isə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onların ayaqlarına elektron qolbaq taxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

"Bir daha həmin yerə getmərəm"

"Bir daha həmin yerə getmərəm"

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Türkiyə millisinə yeni himn bəstələyəcək

Türkiyə millisinə yeni himn bəstələyəcək

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

54 ildən sonra Yerin tam fotosu çəkildi

54 ildən sonra Yerin tam fotosu çəkildi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

End of content

No more pages to load

RADİO