Ukraynanın həmləsi vəziyyəti DƏYİŞDİRDİ – “Rusiyanı daha ciddi “sürpriz”lər GÖZLƏYİR”

Məlum olduğu kimi, avqustun 6-da Ukrayna ordusu gözlənilmədən Kurska hücum edərək, vilayətin 100-dən çox yaşayış məntəqəsini ələ keçirib. Rusiya isə hələlik həmin ərazini geri qaytarmaq gücündə deyil. Çünki həmin istiqamətdə lazımi qədər hərbi qüvvə və potensiala malik deyil. Bu proseslər fonunda artıq Moskva itirdiyi əraziləri geri qaytarmaq üçün Donbasda yerləşdirdiyi qoşunlarının bir hissəsini Kurska göndərmək məcburiyyətində qalıb

Görəsən belə olan halda müharibənin seyri necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiyanın Donetsk istiqamətindən qoşunlarını çıxarıb, Kursk istiqamətinə aparması Kremlin Ukrayna ərazisində həyata keçirdiyi əməliyyatlara mənfi təsir göstərəcək: 

“Bu mənada müharibənin yaxın müddətdə başa çatacağı gözlənilmir. Ukrayna qoşunlarının rus qoşunlarını öz ərazilərindən çıxarması da ən azından yaxın perspektivdə mümkün görünmür. Buna Ukraynanın imkanları çatmır”. 

Deputat Fazil Mustafa da düşünür ki, artıq Rusiyanın özü üçün də çətin anlar başlayıb: 

“Ukrayna isə onsuz da çətin vəziyyətdədir və riskə getməyə məcburdur. Kiyev mövcud vəziyyətdə hansısa sürprizlər etməyə çalışacaq və vəziyyətdən çıxmaq üçün bu cür yollara tez-tez əl atacaq. Əsas isə Rusiyanın vəziyyətidir. Görəsən o, düşdüyü bu bataqlıqdan necə çıxacaq? Rusiyanın hansısa bir ərazisinin işğalı son yüz ildə baş verən nadir hadisələrdən biridir”. 

Həmsöhbətimizə görə, Rusiya üçün daha ciddi sürprizlər ortaya çıxacaq: 

“Donetskdə qüvvələrin zəifləməsi müəyyən dərəcədə rus qoşunlarının geri otuzdurulması ilə də nəticələnə bilər. Hər halda hər iki dövlət üçün daha məsuliyyətli dövr başlayır. Kim daha hazırlıqlı olacaqsa, o da uduş əldə edəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki nəfər bıçaqlandı

Samir Babayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Samir Babayev yeni vəzifəyə TƏYİN EDİLDİ

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

Bugünkü zəlzələnin dünənki yağışla əlaqəsi var? – Qurban Yetirmişlidən AÇIQLAMA

“Molla Nəsrəddin”in nəşrindən 120 il ötür

“Molla Nəsrəddin”in nəşrindən 120 il ötür

İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO

İran dünyanın ən böyük zavodlarından birini vurdu – VİDEO

Bakıda zəncirvari qəza – ANBAAN VİDEO

Bakıda zəncirvari qəza – ANBAAN VİDEO

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planını İŞƏ SALDI – Overçukun mesajlarının PƏRDƏARXASI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Bu yolda hərəkət tam dayandırıldı – FOTO/VİDEO

Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq

Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq

Bu dəfə onlar saxlanıldı - Narkotikə görə

Bu dəfə onlar saxlanıldı - Narkotikə görə

“Generalların heç birinin yaşı 60-dan aşağı deyil” – MARAQLI FAKT

“Generalların heç birinin yaşı 60-dan aşağı deyil” – MARAQLI FAKT

Qusarda oğul anasını döydü

Qusarda oğul anasını döydü

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bu sakinlər FHN-in köməyi ilə təxliyə olunub - FOTO

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Tovuzda 19 yaşlı qız oğurlandı - 4 nəfər tutuldu

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Abşeronun torpaqsız qalan bələdiyyələri – ARAŞDIRMA

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Küçədə tapılan uşaqla bağlı XƏBƏR

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

Elnarədən sonra bu məşhur müğənni də kəndinə SU ÇƏKDİRDİ - FOTO

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Azərbaycanda ən ucuz un Şabrandadır – QİYMƏT CƏDVƏLİ

Bu uşağın valideynləri axtarılır

Bu uşağın valideynləri axtarılır

End of content

No more pages to load

RADİO