"Biz inanırıq ki, demokratiya hər bir ölkənin inkişafı üçün vacibdir. Ona görə də Azərbaycana uğurlar arzulayırıq".
Bizim.Media xəbər verir ki bunu Pakistan senatının üzvü Afnan Ullah Khan Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan Milli Məclisinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün Bakıya gəlib:
"3 seçki məntəqəsində olduq. Bütün prosesi sonadək təhlil etdik. İnsanların sərbəst səs verdiyinin şahidi olduq. Azərbaycan xalqının seçki prosesində daha fəal iştirak etməsi çox vacibdir".
Bizim.Media