İranda milli fəal Taymaz Mirəlibəyli uzun illər mübarizə apardıqdan sonra nəhayət ki, oğlu Huntaya türk adı ilə doğum şəhadətnaməsi alıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
“6 il milli və mədəni mübarizə uğurlu nəticə verdi. Huntay doğum haqqında şəhadətnamə sahibi oldu”, deyə o vurğulayıb.
Qeyd edək ki, İranın Qeydiyyat İdarəsi bundan öncə güneyli azyaşlıya türk adına görə şahədətnamə verməkdən boyun qaçırmışdı.
Bizim.Media