Avstraliyanın “Böyük qardaş” realiti şousunun qəhrəmanı Tilli Vitfeld xəstəxanaya düşməsi barədə məlumat bölüşüb.
Bizim.Media Tillinin “Instagram” hesabına istinadən xəbər verir ki, Vitfeld çəkilişlərdən bir neçə ay öncə internetdə kosmetoloji prosedur barədə video görüb və bunu “TikTok”da təkrarlamaq istəyib.
Lakin üz-gözünə yaxdığı məmulatlar onu xəstəxanalıq edib. Bu səbəbdən realiti şounun qəhrəmanı bir müddətlik görmə qabiliyyətini itirib.
Həkimlərin sözlərinə görə, Tilli iynə vasitəsilə orqanizminə infeksiya daxil edib və bu ehtiyatsızlığın fəsadları pis olub.
Xatırladaq ki, Rusiyada da oxşar hadisə 9 yaşlı qızın başına gəlib. “TikTok”dakı videolardan birini təkrarlamaq istəyən qız əməliyyat masasından sonra reanimasiyada oyanıb.
Bizim.Media