Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Oleşuku Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri vəzifəsindən azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat verilib.
Məlumata görə, HHQ komandirinin işdən çıxarılması avqustun 26-da Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğraması fonunda baş verib.
"Mən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandirini əvəz etmək qərarına gəldim. Mən bütün hərbi pilotlarımıza, mühəndislərimizə, mobil atəş qruplarının əsgərlərinə, hava hücumundan müdafiə üzvlərinə sonsuz minnətdaram. Bu, komanda səviyyəsində də lazımdır - biz güclənməliyik və insanların qayğısına qalmalıyıq", - deyə Ukrayna lideri qeyd edib.
Həmin vəzifəni müvəqqəti olaraq Anatoli Krivonojko icra edəcək.
Bizim.Media