İranın keçmiş prezidenti Mahmud Əhmədinejad iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı IRIB agentliyi yayıb.
Mənbə yazır ki, Əhmədinejad tərəfdarlarının müşayiəti ilə Daxili İşlər Nazirliyinin nəzdindəki qeydiyyat mərkəzini ziyarət edərək qeydiyyat formalarını doldurub.
Xatırladaq ki, 2016-cı ildə Ali Rəhbər Ayətullah Əli Xamenei Əhmədinejadın prezidentliyə namizədliyini qadağan etsə də o, vaxt qeydiyyatdan keçib, Qəyyumlar Şurası isə nəticədə onu diskvalifikasiya edib.
Xamenei deyib ki, heç bir namizədin irəli sürülməsinə qarşı çıxmayacaq. Ancaq Seçki Şurası Əhmədinejadın namizədliyini əngəlləyə bilər.
Qeyd edək ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə prezident vəzifəsində çalışıb. İran konstitusiyası prezidentin üç dəfə ardıcıl olaraq bu vəzifədə çalışmasını qadağan edir, lakin 2013-cü ildə Həsən Ruhani prezident olduğu üçün Əhmədinejadın bu vəzifə uğrunda yenidən yarışmaq şansı var.
Bizim.Media