BMT İsrail və HƏMAS arasında Qəzzada peyvənd məqsədləri üçün humanitar fasilə barədə razılıq əldə edib.
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Riçard Piperkorn deyib.
Piperkorn qeyd edib ki, ÜST münaqişənin bütün tərəflərini insanların tibb mərkəzlərinə çatması üçün humanitar fasiləyə riayət etməyə çağırıb.
Sentyabrın 1-də Fələstinin mərkəzi anklavında poliomielit əleyhinə peyvəndlərin başlanması planlaşdırılır.
Altı gün ərzində isə həkimlər Qəzza zolağının Cənubunda və Şimalında işləyəcəklər.
Bizim.Media