NATO-ya üzv ölkələr Ukraynaya yardımı artıracaqlar.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Stoltenberq Rusiyanın kütləvi atəşi fonunda Ukrayna-NATO Şurasının birgə iclasından sonra deyib.
NATO-ya üzv ölkələrin səfirləri səviyyəsində keçirilən görüşdə Ukraynanın müdafiə naziri Umerov iclasa onlayn formatda, video konfrans vasitəsilə qoşulub.
NATO dairələrindəki diplomatlar “Azadlıq” radiosuna bildiriblər ki, onlar Ukraynanın Kursk əməliyyatını da müzakirə ediblər.
Bizim.Media