Rusiya müdafiə nazirinin sabiq müavini Pavel Popov dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, 2021-2024-cü illərdə “Patriot” hərbi-vətənpərvərlik parkının inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş parkın direktoru Vyaçeslav Əhmədov və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş innovativ inkişaf İdarəsinin rəis müavini Vladimir Şesterov ilə birlikdə bu qurumun hesabına varlanıb.
O, 2013-2024-cü illərdə Rusiya Federasiyası müdafiə nazirinin müavini vəzifəsini tutub.
Bizim.Media