“Qarabağda ermənilər Azərbaycan torpaqlarını viranəyə çevirib” - Peru mətbuatı yazır

Perunun tanınmış KİV-lərindən “La Republica” qəzetində Azərbaycanın bu ölkədə səfiri Məmməd Talıbovun Qarabağda müharibədən sonrakı vəziyyət, burada müşahidə olunan erməni vandalizmi, Azərbaycanın apardığı bərpa və yenidənqurma işləri, qarşıya çıxan çətinliklər və regionda davamlı sülhün şərtləri barədə müsahibəsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, müsahibədə bölgədə münaqişə sonrası geosiyasi durumla əlaqədar 44 günlük müharibənin yekununda Azərbaycan ərazilərinin işğaldan azad edildiyi, münaqişənin bitmiş sayıldığı, regionda nəqliyyat və kommunikasiyaların açılması haqda razılıq əldə olunduğu və hazırda ölkəmizin bölgənin iqtisadi dirçəlişi istiqamətində önəmli səylər göstərdiyi bildirilir.

30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazisinin beşdə birinin Ermənistan tərəfindən tamamilə dağıdıldığı, vaxtilə 1 milyona yaxın azərbaycanlı əhalinin yaşadığı və hazırda viranəyə çevrilmiş bu torpaqlarda ermənilərin kütləvi minalama aparması və beynəlxalq humanitar hüquqa zidd olaraq həmin partlayıcı qurğuların yerləşmə xəritəsini verməkdən imtina etməsi səbəbindən soydaşlarımızın bu gün də öz yurdlarına qayıda bilmədiyi qeyd olunur.

Bununla yanaşı, Azərbaycan hökumətinin ən öncül məqsədinin azərbaycanlı məcburi köçkünlərin mümkün qədər qısa zamanda evlərinə qayıdışını təmin etmək olduğu, bu məqsədlə bölgədə intensiv minatəmizləmə və infrastruktur inşası işlərinin aparıldığı, bu xüsusda nəqliyyat yolları, hava limanları, hospital, məktəb, “ağıllı kəndlər” və digər layihələrin həyata keçirilməkdə olduğu, Türkiyə, İtaliya, İsrail kimi dost ölkələrdən olan şirkətlərin də ən innovativ texnologiyalarla bu işlərə cəlb edildiyi məlumat verilir.

Eyni zamanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə onilliklər ərzində Ermənistan tərəfindən dağıdılmış tarixi-mədəni abidələrimizin restavrasiyası işlərinin aparıldığı deyilir.

Bölgədə davamlı sülhün təmin edilməsinin başlıca şərtləri haqda suala münasibətdə keçmiş münaqişə tərəflərinin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalı, eyni zamanda Ermənistanın qonşularına qarşı nifrət siyasətindən əl çəkməli və xalqını barışığa hazırlamalı olduğu söylənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

"Məlhəm Hospital"da YANĞIN OLDU

"Məlhəm Hospital"da YANĞIN OLDU

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Bütün zamanların ən yaxşı 20 filmi

Bütün zamanların ən yaxşı 20 filmi

Sabah Xətaidə QAZ OLMAYACAQ

Sabah Xətaidə QAZ OLMAYACAQ

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Trampın qalmaqallı fotosu silindi

Trampın qalmaqallı fotosu silindi

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

End of content

No more pages to load

RADİO