Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:29-da 30 mindən çox insanın yaşadığı Xoroq şəhəri yaxınlığındakı Dağlıq Bədəxşan bölgəsində qeydə alınıb.
Respublikanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi ölən və xəsarət alan olmadığını bildirib.
Bizim.Media