Almaniyanın Solingen şəhərində festivalda insanlara bıçaqla hücum etməkdə şübhəli bilinən şəxs hadisədən 26 saat sonra polisə təslim olub.
Bizim.Media xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, o, özü polislərə yaxınlaşaraq "Axtardığınız mənəm" deyib və könüllü təslim olub.
Məlumata görə, şübhəli şəxs 2022-ci ildə qaçqın kimi Almaniyaya gələn 26 yaşlı suriyalıdır.
Bizim.Media